SON XƏBƏRLƏR

İranın Urmiya şəhərində daha 2 qadın məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Urmiya şəhərində daha 2 qadın məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 qadın məhkum edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, on beş il əvvəl ailədaxili ixtilaflara görə ərini qətlə yetirən məhkum Nazdar Vətənxah və ona bu işdə kömək edən qohumu Arastə Rəncbər, iyulun 23-ü sübh saatlarında Urmiya zindanının həyətində dara çəkiliblər. Bildirilir ki, hər iki məhkum on beş il həbsdə saxlandıqdan sonra edam ediliblər. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar