SON XƏBƏRLƏR

İranın Vatikandakı sabiq səfiri və Xomeyninin silahdaşı Hadi Xosrovşahi koronavirusdan ölüb

2021.10.20, 07:36
İranın Vatikandakı sabiq səfiri və Xomeyninin silahdaşı Hadi Xosrovşahi koronavirusdan ölüb

Gunaz.tv

GünAz TV: Qum "Elmi Hövzəsi"nin tanınmış siması və İranın Vatikandakı sabiq səfiri Hadi Xosrovşahi koronavirusdan ölüb.

 

Bu barədə İranın rəsmi xəbər agentliyi- "İrna" məlumat yayıb. Xəbərdə bildirilir ki, Xosrovşahi ötən gün Tehranın Məsih Daneşvəri xəstəxanasına yerləşdirilir və analizin nəticəsində onun koronavirusa yoluxduğu aşkarlanıb. Lakin bu gün o, xəstəlik nəticəsində 82 yaşında ölüb. Xosrovşahi koronavirusdan ölən ilk ruhanidir.

 

Hadi Xosrovşahi inqilabdan sonra Ruhullah Xomeyninin İslami İrşad Nazirliyindəki nümayəndəsi, 2 il sonra isə bu ölkənin Vatikandakı səfiri vəzifəsinə təyin edilmişdi. O, həmçinin Romada "İslam Mədəniyyət Mərkəzi"nin təsisçisi idi.

 

Bu günə qədər Səhiyyə nazirinin müavini İrəc Hərirçi də daxil olmaqla, bir neçə iranlı rəsmi və deputat sözügedən virusa yoluxub. Rəsmi məlumatlara əsasən, koronavirusdan ötən günlər ərzində 26 nəfər ölüb. Lakin qeyri-rəsmi mənbələr ölənlərin sayının dəfələrlə çox olduğunu, hökumətin bunu gizlətdiyini bildirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar