SON XƏBƏRLƏR

İranın xarici işlər naziri erməni həmkarını Tehrana dəvət edib

2021.10.20, 07:36
İranın xarici işlər naziri erməni həmkarını Tehrana dəvət edib

Gunaz.tv
İranın xarici işlər naziri erməni həmkarını Tehrana dəvət edib manucehr_mottaki1.jpg Rəsmi dəvəti Edvard Nalbadyana iranlı nazirin birinci müavini təqdim edib İranın xarici işlər naziri Manuçöhr Mottaki erməni həmkarı Edvard Nalbadyanı Tehrana səfərə dəvət edib. Rəsmi dəvəti Nalbadyana Ermənistanın paytaxtı İrəvanda İran XİN birinci müavini Alireza Şeyhattari verib. Görüşdə Şeyhattari İran-erməni əlaqələrinin inkişafının yüksək qiymətləndirib və bildirib ki, bunun səbəbi iki xalq arasnıda olan çoxəsirlik dosluq əlaqələridir. Edvard Nalbadyan isə öz növbəsində son illər ərzində Ermənistan-İran əlaqələrinin dərinləşdiyini, iqtisadiyyat sahəsidə qarşılıqlı proqramlar sahəsində əməkdaşlığın daha da genişləndiyini deyib. Onun sözlərinə görə, İran və Ermənistanın yüksək rütbəli məmurlarının səfərləri zamanı əldə edilən razılıqlar ikitərəfli əlaqələrin inkişafı üçün əsas rol oynayır. Nalbadyan və Şeyhattaki həmçinin energetika və nəqliyyat sahəsində də əməkdaşlıq məsələləri barədə danışıqlar aparıb. Tərəflər görüşdə İranın nüvə proqramı üzrə aparılan danışıqların hazırkı mərhələsini, regional problemlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini müzakirə ediblər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar