SON XƏBƏRLƏR

İranın Yasuc şəhərində daha 3 nəfər ictimaiyyət qarşısdında dara çəkilib

2021.10.20, 07:36
İranın Yasuc şəhərində daha 3 nəfər ictimaiyyət qarşısdında dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə, quldurluqda və oğurluqda günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.

 

Bildirilir ki, bir il əvvəl İranın Yasuc şəhərində bir qızıl mağazasının sahibini qətlə yetirən və onun bütün qızıllarını qarət edən müttəhimlər (Keykavus Camal Sirət, Rüstəm Rzayi və Abdullah Cohəri) yanvarın 13-ü, sübh saatlarında Yasucun “Həfte-tir” meydanında ictimaiyyət qarşısında dara çəkilib.

 

Edam edilənlər, həmçinin son illər İranın Kohkiluye və Boyer Əhməd əyalətinin Yasuc, Gəçsaran və Dehdəşt şəhərlərində, eləcə də Fars əyalətinin Eqlid şəhərində bir neçə qızıl mağazasına silahlı basqın etməkdə və külli miqdarda qızıl əşyalarını oğurlamaqda təqsirli bilinib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar