SON XƏBƏRLƏR

İranın yeni tapmacası, yaxud «əl-Qaidə» əlaqəsi

2021.10.20, 07:36
İranın yeni tapmacası, yaxud «əl-Qaidə» əlaqəsi

Gunaz.tv

GünAz TV: İran hakimiyyətinin beynəlxalq terror şəbəkəsinə yardım və himayədarlıq etdiyi haqda xəbərlər yeni deyil.

Rəsmi Tehran Yaxın Şərqdə fəaliyyət göstərən, «Həmas», «Hizbullah», «İslami-Cihad» kimi terrorçu olaraq, tanınan təşkilatlarla əlaqədə olduğunu gizlətməsə də «əl-Qaidə» ilə  münasibətlərinin mövcudluğunun inkar etməkdədir.

Ötən gün İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst amerikalı məmurların İslam Respublikasını (Cümhuriyyətini) «əl-Qaidə» ilə əməkdaşlıqda suçlamalarını «əsassız» sayıb.

Ötən həftənin ortalarında Qərb mətbuatının yaydığı məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyinin təmsilçisi demişdi ki, prezident Barak Obama İran hakimiyyətini «əl-Qaidə» ilə pul köçürməsinə və yaraqlıların ölkə ərazisindən daşınmasına dair gizli razılıq əldə etdiyi üçün ittiham edib.

Həmin məlumata əsasən, Tehran rejimi bu anlaşmada adı çəkilən terrorçu quruma yaraqlılarını Yaxın və Orta Şərqdən Əfqanıstana, eləcə də Pakistana ötürülməsindən ötrü İranda «özəl kanalın» yaradıldmasına da icazə verib.

 

Nazirliyin məlumatına görə, Eyzəddin Əbdüləziz Xəlil adlı «əl-Qaidə»-çinin başçılıq altında bir bölmə 6 il İran ərazsində fəaliyyət göstərib. Bu qrup vasitəsi ilə Pakistandakı «əl-Qaid» rəhbərliyi çeşidli ərəb dövlətlərində təşkilat tərəfdarlarının yığdığı vəsaiti əldə edirmiş.

 

Xəlilə və daha 5 silahdaşına qarşı ABŞ (Amerika Birləşmiş Ştatları) sanksiya (təhrim) tətbiq edib. Onların bütün vəsaitinə həbs qoyulub. Amerika vətəndaşlarına onlarla istənilən işgüzar və ya maliyyə münasibəti saxlamaq yasaqlanıb.

 

R.Mehmanpərəst ABŞ Maliyyə Nazirliyinin bu xəbərini də təkzib edərək, Əfqanıstanda iranlı diplomatın belə qurumdar tərəfindən öldürüldüyünə diqqəti çəkib.

 

Ancaq bəzi xəbərlər iranlı diplomatın dediklərini yalanlayır. Hələ bir il öncə «əl-Qaidə»-nin lideri Hüsamə bin – Ladənin ailəsinin İranda olduğunu Tehran inkar etməmişdi.

 

Onda bin-Ladənin dördüncü oğlu Ömər «əl-Ərəbiyyə» telekanalına müsahiəsində bildirmişdi ki, əl-Qaidə ailəsinin «20 üzvü zorla İranda saxlanılır».

 

Onun sözlərinə görə, Tehran həmin «girovların» taleyi barəsində Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmaq istəmir : «Fikrimcə, ailə üzvlərimizin İrandan çıxması vaxtı yetişib. Ancaq ölkəni onların tərk etmək üçün və kimliklərini təsdiqləyəcək  heç bir sənədi yoxdur. Odur ki, məsələyə üçüncüətin qarışması vacibdir. Ailə üzvlərimizi qəbul edəcək dövlət Səudiyyə Ərəbistanıdır, İransa onları vermir. Osman (Tehranda saxlanılan qardaşı-S.S.) bir neçə gün öncə mənə zəng edərək, onların azad edilməsi, eləcədə onlara sığıncaq verəcək dövləti arayım».

 

Ömər bin Ladənin dediyinə görə, ABŞ onları qəbuldan imtina etmir: «Qardaşlarıma  qarşı ABŞ və istənilən başqa bir dövlət ittiham irəli sürməyib. Amerika ailə üzvlərimizin İslam Respublikasından çıxarılmasına da razılıq verib».

 

Ehtimal edirdilər ki, bin- Ladənin 20 nəfərlik ailəsi Tehranda yaşayırmış. 2001-ci il sentyarbın 11-də baş vermiş məlum terror aksiyasından sonra onlar Əfqansıtandan İrana  qaçıb.

 

İranda saxlanılanlar  «dünyanın bir nömrəli terrorçusu» adını almış Hüsamənin arvadlarından biri Həriyyə Sabir, oğlanları - Saad (30 yaş), Osman (27 yaş), Həmzə (19 yaş), qızı Fatimə (24 yaş) və onların həyat yoldaşları, uşaqlarıdır.

 

Bu xəbərdən də göründüyü kimi Tehranın «əl-Qaidə» ilə əlaqəsi olub. Bin-Ladən ailəsinin İranda sığınacaq tapması da bu münasibəti təsdiqləyən amillərdəndir. Çünki onlar arasında əlaqələr belə etibarlı olmasa idi, bin-Ladən öz ailəsini Tehrana çətin etibar edərdi. Bu ailə ilə bağlı yuxardakı məsələnin siyasi alver məqsədi daşıdığı ehtimalı daha çoxdur. R,Mehmanpərəstin təkzibi isə heç şübhəsiz diplomatik mahiyyət daşıyır.

 

Yada salaq ki, Tehran rəsmiləri talibanla da əməkdaşlıq etmədiklərini bildirir. Ancaq ötən il Amerikanın Əfqanistandakı ordusunun generalı Mək Kristal bildirmişdi ki, onların əlində İranın talibanı silah-sursatla təmin edib, onları təlimatlandırması haqda danılmaz faktlar (gərçəklər) var.

 

Beləliklə, Tehran hakimiyyətinin dunya üçün hazırladağı daha bir tapmacanın da cavabı tapılmaqdadır. Bu İran rejiminin «əl-Qaidə» ilə əlaqəsidir. Axı, bu terrorçuları kimlər dəstəkləyir? İlk cavab – biri-birinə qarşı olanlar…

Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar