SON XƏBƏRLƏR

İranın Yəzd şəhərində daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Yəzd şəhərində daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl maliyyə ixtilafına görə baş vermiş davada iş sahibini qətlə yetirən məhkum Əbdülsəttar Dehmordə dekabrın 5-i sübh saatlarında Yəzdin mərkəzi zindanında dara çəkilib. Edam edilən məhkumun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar