SON XƏBƏRLƏR

İranın Zahidan bölgəsində məktəbdə baş vermiş yanğın nəticəsində üç uşaq ölüb

2021.10.20, 07:36
İranın Zahidan bölgəsində məktəbdə baş vermiş yanğın nəticəsində üç uşaq ölüb

Gunaz.tv

GünAz TV: Dünən İranın Zahidan bölgəsində ibtidai məktəblərdən birində baş vermiş yanğın nəticəsində 3 uşaq faciəvi şəkildə həlak olub.

 

Yanğının sinifin qızdırılması üçün istifadə edilən neft sobasından başladığı bildirilir. Hadisə nəticəsində bir neçə şagird də yaralanıb. Onların əksəriyyətinin bədəninin 90%, bəzilərinin isə 70%-dən çoxunun yandığı bildirilir. Bir neçə uşağın vəziyyəti ağır olduğundan, onlar reanimasiya şöbəsində saxlanılır. Buna görə də ölənlərin sayının aracağı istisna edilmir. Hadisədən sonra şəhərin təhsil şöbəsinin müdiri öz istefa ərizəsini Sistan və Bəluçistan ostanının təhsil idarəsinin rəhbərinə təqdim edib.

 

Qeyd edək ki, İranın əksər ostanlarında məktəb binaları istifadəyə yararsız və təmirsiz olduğundan onların isidilməsi üçün müxtəlif vasitələrdən istifadə edilir. Dövlətin bölgələrdə yerləşən əhaliyə qarşı etinasız siyasəti nəticəsində vaxtaşırı bu cür faciələr baş verir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar