SON XƏBƏRLƏR

İranın Zahidan, Əhvaz və Urmiya şəhərlərində daha 4 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Zahidan, Əhvaz və Urmiya şəhərlərində daha 4 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırıldıqlarına görə barələrində ölüm hökmü çıxarılmış daha 4 məhkum edam edilib. Edamlar Zahidan, Əhvaz və Urmiya zindanılarında həyata keçirilib. 

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir neçə gün əvvəl edama hazırlıq üçün təkadamlıq kameralara köçürülən məhkumlardan biri, 27 yaşlı İlyas Nutizehi dekabrın 4-ü sübh saatlarında Zahidan zindanında dara çəkilib.

 

Həmin gün eyni ittihamla qadın bir məhkum, 33 yaşlı Süməyyə Şahbazi Cəhruyi Əhvazım Sepidar zindanında dar ağacından asılıb. O, altı il əvvəl naməlum səbəbə görə törətdiyi qətlə görə edam edilib.

 

Dekabrın 4-də həmçinin Urmiya həbsxanasında qətl ittihamı ilə daha iki məhkum, Murtuza Əşrəfi və Əli Mahmudpur dara çəkilib. Edam edilən şəxslərin məhkəmə prosesləri barədə hr hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar