SON XƏBƏRLƏR

İranın Zahidan şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
 İranın Zahidan şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 42 yaşlı müttəhim Miran Əmiri, avqusun 2-si sübh saatlarında Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.  

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar