SON XƏBƏRLƏR

İranın Zahidan və Ərdəbil şəhərlərində daha 2 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Zahidan və Ərdəbil şəhərlərində daha 2 nəfər dara çəkilib

Gunaz.tv

 GünAzTV: İranda cinsi təcavüzdə və qətldə günahlandırılan daha 2 nəfər edam edilib. Edamlar Zahidan və Ərdəbil şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 6 il əvvəl cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş Zabül şəhər sakini, 31 yaşlı müttəhim Mehdi Mirşikar, oktyabrın 20-si sübh saatlarında İranın Zahidan şəhərinin zindanında dara çəkilib. O, barəsində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə oktyabrın 15-də təkadamlıq kameraya köçürülmüşdü.

 

Həmçinin 5 il əvvəl naməlum səbəbə görə qətl törətdiyinə görə ölüm hökmü almış daha bir məhbus, 27 yaşlı müttəhim Meysəm Sabir, oktyabrın 21-də Ərdəbil şəhərinin zindanında dar ağacından asılıb. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar