SON XƏBƏRLƏR

İranın Zəncan şəhərində daha 1 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Zəncan şəhərində daha 1 nəfər dara çəkilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və silah gəzdirməkdə günahlandırılan daha 1 nəfər edam edilib.   

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl Kərəcin Qüds şəhərciyində 11 kiloqramlıq müxtəlif narkotik maddələri yerbəyer edərkən tutulan və həmin vaxtdan həbsdə saxlanılan 34 yaşlı məhkum Heşmət İmani, iyulun 25-i sübh saatlarında Zəncan şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar