SON XƏBƏRLƏR

İranın Zəncan şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Zəncan şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkum 6 gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl İranın Zəncan əyalətinin Tarım şəhərində maliyyə ixtilafına görə baş vermiş davada qaldığı mənzilin sahibini qətlə yetirən 38 yaşlı müttəhim Əmir Nüsrətxah, yanvarın 23-ü sübh saatlarında Zəncanın mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar