SON XƏBƏRLƏR

İranla ABŞ arasında birbaşa təyyarə reysləri açıla bilər

2021.10.20, 07:36
İranla ABŞ arasında birbaşa təyyarə reysləri açıla bilər

Gunaz.tv
İranla ABŞ arasında birbaşa təyyarə reysləri açıla bilər mottaki-18-07.jpg Manuçöhr Mottəki: «Bir neçə Amerika şirkəti İranda fəaliyyət göstərir» İranın xarici işlər naziri Manuçöhr Mottəki bəyan edib ki, rəsmi Tehran, İranda ABŞ nümayəndəliyinin açılması ilə bağlı danışıqlara etiraz etmir: «Mənim fikrimcə, İranda Amerika bürosu, o cümlədən İran və ABŞ arasında birbaşa aviareyslərlə balı diskussiyalar və razılaşma mümkündür». Manuçöhr Mottəki bunları Ankaraya səfəri zamanı bildirib. Qeyd edək ki, ABŞ və İran arasında 1980-ci ildən sonra diploatik əlaqələr olmayıb və hazırda Vaşinqtonun maraqlarını İsveçrə səfirliyi həyata keçirir. İranlı nazirin fikrində, ABŞ-ın Cenevrədə sabah keçiriləcəke danışıqlarda iştirakı müsbət haldır. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana və Tehranın nüvə proqrammı ilə bağlı əsas İran sözçüsü Səid Cəlili arasında keçiriləcək danışıqlarda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns də iştirak etməlidir. Manuçöhr Mottəkinin fikrincə, bu, məsələyə pozitiv yanaşmanın təzahürüdür. O, qeyd edib ei, İranın nüvə proqrammı ətrafında böhranın nizamlanması istiqarəmtində Qərb ölkələri ilə danışıqlardan irəliləyiş gözləyir. İranın xarici işlər naziri əlavə edib ki, son vaxtlar ABŞ vətəndaşları arasında İrana gəlmək istəyənlərin sayı artır. Onalrın arasında tələbələr, alimlər, iş adamları, incəsənət xadimləri var. Artıq bir neçə ABŞ şirkəti İranda işləyir. O, bununla bağlı əlavə heç bir açıqlama verməyib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar