SON XƏBƏRLƏR

İranla «altılığ»ın görüşü noyabrın sonunda keçirilə bilər

2021.10.20, 07:36
İranla «altılığ»ın görüşü noyabrın sonunda keçirilə bilər

Gunaz.tv

GünAzTv: ABŞ  (Amerika Birləşmiş Ştatları) İranla nüvə proqramına dair danışıqlara hazır olduğunu bəyan edib və «altılıq» formatında birinci görüşün artıq noyabrın sonunda keçirilə biləcəyini bəyan edib.Tehran dünən «altılıq»la (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin, Almaniya) nüvə proqramına dair danışıqların iyulda elan etdiyi 4 şərtin yerinə yetirilməsi halında bərpasına hazır olduğunu bildirib. Müvafiq məktub Avropa Birliyinin beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eştona göndərilib.«Biz İranın həm MAQATE, həm də «altılıq» kontekstində fəallığını görmək istərdik. Biz bu istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırıq. Ketrin Eşton İrana danışıqlar keçirməyi təklif edib və Tehran qarşılıq verməyə hazır olduğunu bildirib. Biz tezliklə belə bir görüşün yerini və vaxtını müəyyən etməyə çalışacağıq... Ümid edirik ki, 5+1 formatında görüş bu ayın sonunda keçirilə bilər», deyə Dövlət departamentinin rəsmi nümayəndəsi Filip Krouli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar