İranla Çin arasında 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb - FOTOLAR

2021-03-27 15:31

Bu gün İranla Çin arasında müxtəlif sahələrdə 25 illik mükəmməl və “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata əsasən, sənəd, Tehrana səfər edən Çin xarici işlər naziri Vang Yi və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən imzalanıb.


Sənədin imzalanmasından əvvəl Vang Yi İran prezidenti Həsən Ruhani və İran parlamentinin keçmiş sədri Əli Laricani ilə görüşərək iki ölkənin müxtəlif sahələrdə birgə strateji əməkdaşlığının genişləndirilməsinin vacibliyinə bir daha təkid ediblər. 


İmzalanmış uzunmüddətli birgə əməkdaşlığa dair sənədin mətni və İranın bununla bağlı Çinə verdiyi imtiyazların detalları hələlik mediaya açıqlanmayıb. Bildirilir ki, 25 illik birgə əməkdaşlıq haqda müqavilənin bağlanmasından əvvəl bununla bağlı hazırlanmış rəsmi sənədin mətni və onun bütün detalları İranın “dini lider”i Əli Xamneyi tərəfindən nəzərdən keçirilib təsdiq edildikdən sonra imzalanıb. 


Yayılan məlumata əsasən, imzalanmış sənəddə iki ölkənin iqtisadi sahədə, eləcə də birgə istehsal sahələri, sənaye, mədən, bank, kommunikasiya, ətraf mühit və digər sahələrdə 25 illik birgə əməkdaşlığı nəzərdə tutulur.  


Qeyd edilir ki, Tehranla Pekin arasında belə uzunmüddətli bir müqavilənin bağlanması barədə ilk dəfə 6 il əvvəl Çin prezidentinin Tehrana səfəri əsnasında danışıqlar aparılıb və sənədin mətni imzalanmışdan əvvəl bir neçə dəfə nəzərdən keçirilərək barəsində müzakirələr aparılıb. 

وانگ یی (راست) در دفتر کار علی لاریجانی

A.M
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rüstəm Muradov Xankəndində parad keçirəsi olmadı, mitinq keçirdi

2021-05-09

gun az article

Türkiyədən PKK-ya növbəti zərbə

2021-05-09

gun az article

Rusiyada nazir itkin düşdü

2021-05-09

gun az article

Fransada iğtişaş: 3 polis xəsarət aldı

2021-05-09

gun az article

ABŞ və Ukrayna birgə təlimə başladı

2021-05-09

gun az article

Qarabağda abidələrin pasportlaşdırılmasına başlanılıb - VİDEO

2021-05-09

gun az article

Ombudsman: Dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir

2021-05-09

gun az article

Azərbaycanda son sutkada 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub

2021-05-09

gun az article

İranda koronavirusdan daha 386 nəfər ölüb, 14 141 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-09

gun az article

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun abidəsini ziyarət edib

2021-05-09

gun az article

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub

2021-05-09

gun az article

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

2021-05-09

gun az article

Ərdoğan: “Türkiyənin təhlükəsizliyini pozmağa çalışan xain əllər kökündən kəsiləcək”

2021-05-09

gun az article

Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranları təbrik edib

2021-05-09

gun az article

Sadıq Xan yenidən Londonun meri seçilib

2021-05-09

gun az article

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi

2021-05-08

gun az article

Şuşada yeni məktəb tikiləcək

2021-05-08

gun az article

Müdafiə Nazirliyindən Şuşa şəhəri ilə bağlı VİDEO

2021-05-08

gun az article

Müsavatın bir qrup üzvü Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyib

2021-05-08

gun az article

Azərbaycanda bir gündə 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub

2021-05-08