SON XƏBƏRLƏR

İranla Fransa arasında məhkum mübadiləsi baş tutub

2021.10.20, 07:36
İranla Fransa arasında məhkum mübadiləsi baş tutub

Gunaz.tv

GünAz TV: İranla Fransa arasında məhkum mübadiləsi baş tutub. Nəticədə, İranda həbsdə olan fransız alim Rolan Marşal azadlığa buraxılıb.

 

Məsələni Fransanın Prezident Aparatı da yaydığı bəyanatda təsdiqləyərək, rəsmi Tehranı digər fransalı elm xadimi Fəriba Adilxahı da tezliklə azad etməyə çağırıb.

 

Dünən İran Məhkəmə Sistemi Fransadan Cəlal Ruhullahnejad azad edilməsi müqabilində İranda məhkumluq həyatı yaşayan bir fransızın azadlığa buraxıldığı barədə məlumat yayılmışdı. Həmin məlumatda azadlığa qovuşan fransızın adı çəkilməmişdi.

 

İran vətəndaşı olan Cəlal Ruhullahnejad 1 il əvvəl Amerikanın rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyaları pozduğu üçün Fransada saxlanılmışdı. Onun qarşıdakı aylarda ABŞ-a ekstradisiya ediləcəyi gözlənilirdi.

 

Xatırladaq ki, Paris Siyasi Elmlər Araşdırmalar İnstitutunun araşdırmaçısı Fəriba Adilxah İrana gəldikdən sonra, 7 iyun 2019-cu ildə öz evində “Sepah”ın Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdi. Afrika ölkələri üzrə mütəxəssis və Fəriba Adilxahın sevgilisi olan Rolan Marşal da İrana onunla görüşmək üçün etdiyi səfər zamanı “Sepah” tərəfindən tutulmuşdu.


Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar