İranla "Taliban"ın əlaqəsi Qasım Süleymaninin öldürülməsinin əsas səbəblərindən olub

2020-08-18 11:50

"CNN" kanalı Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının məxfi sənədlərinə istinadən İranın ABŞ hədəflərinə hücum etmək üçün Əfqanıstanda terrorçulara qanorar verməsi ilə bağlı məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Telekanalın əlinə keçən məxfi məlumatlara əsasən, 2019-cu ilin dekabr ayının 11-də Əfqanıstanda yerləşən "Bəgram" bazasına qarşı həyata keçirilmiş hücumdan əvvəl xarici dövlətlər "Həqqani" qruplaşmasına bu planı həyata keçirmək üçün pul veriblər. 


2 sivilin ölməsi, eləcə də 2-si ABŞ hərbçisi olmaqla, 70-dən çox insanın yaralanması ilə nəticələnən həmin terror aktında qruplaşmaya pul yardımı göstərən xarici dövlətlərin adı həmin kəşfiyyat sənədində çəkilmir. Lakin adları açıqlanmayan etibarlı mənbələr "CNN"-ə bildiriblər ki, nəzərdə tutulan xarici dövlət İrandır. 


Bu hücumdan bir az sonra, daha dəqiq desək, yanvarın 3-də Qasım Süleymani ABŞ-ın Bağdad hava limanı yaxınlığında həyata keçirdiyi PUA hücumu nəticəsində həlak oldu. "CNN" bildirir ki, Q.Süleymaniyə qarşı keçirilmiş əməliyyat ABŞ-ın təhlükəsizlik orqanlarının İranın "Taliban"a göstərdiyi dəstəklərə verdiyi reaksiya idi. 


Telekanal bildirir ki, ABŞ hökuməti həmin əsnada "Taliban"la Qətərdə aparılan sülh danışıqlarına zərbə vurmamaq üçün Süleymaninin mart ayında öldürülməsini qərara alıb. Lakin daha sonra əməliyyatın yanvar ayında icra edilməsinə göstəriş verilib. 


"CNN"in məlumatında, həmçinin qeyd edilir ki, İranın regionda fəaliyyət göstərən təmsilçi qruplaşmaları ilə ABŞ hədəflərinə hücum etməsi ilk hal deyil. Lakin "Bəgram" bazasına hücumdan sonra Amerikanın təhlükəsizlik orqanları rəsmi Tehran ilə "Həqqani" qruplaşmasının əlaqəsi və buna verilə biləcək mümkün cavabı araşdırıblar. 


Vaşinqton "Taliban"la aparılan sülh müzakirələrinə zərbə vurmamaq üçün "Həqqani" qruplaşmasına deyil, etdiyi maddi yardımlara görə İrana qəti cavab vermək qərarına gəlib. Bu istiqamətdə atılacaq əsas addım kimi "Qüds Briqadasının" komandanı Qasım Süleymaninin öldürülməsi barədə qərar qəbul edilib. 


ABŞ-ın hazırki və sabiq dövlət rəsmiləri "CNN"-ə bildiriblər ki, İranın "Taliban"la əlaqələri Q.Süleymaninin öldürülməsi üçün əsas səbəblərdən biri olub. 


Amerikanın təhlükəsizlik qüvvələrinin araşdırmaları rəsmi Tehranın "Həqqani" qruplaşmasına Əfqanıstanda ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi azı 6 hücuma görə pul verdiyini göstərib. 


"CNN" Pentaqondan iddialara görə mövqe öyrənməyə cəhd göstərib. Qurumun sözüsü sözügedən məsələ ilə bağlı açıqlama verməsə də, İranın Əfqanıstandakı addımlarını təxribatçılıq adlandırıb. 


Bundan bir müddət əvvəl isə Qərb mediasında ABŞ kəşfiyyatına istinadən Rusiyanın Əfqanıstanda Amerika qüvvələrinə qarşı terror hücumu həyata keçirmək üçün terror təşkilatlarına pul verməsinə dair məlumatlar yayılmışdı. Amma bu xəbərlər hələ ki, rəsmi Vaşinqton tərəfindən təsdiqlənməyib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19