SON XƏBƏRLƏR

İranli agentlik yazır: Muğam musiqisi İran musiqisidir, Bakı musiqiçiləridə elə belə deiyr!

2021.10.20, 07:36
İranli agentlik yazır: Muğam musiqisi İran musiqisidir, Bakı musiqiçiləridə elə belə deiyr!

Gunaz.tv
İranli agentlik yazır: Muğam musiqisi İran musiqisidir, Bakı musiqiçiləridə elə belə deiyr! mugam.jpg Geçən günlərdə Ərdəbil şəhərində muğam yarışmalari geçirildi. Muğam musiqisi dünyanın düzənli və tarix sahibi olan musiqilərindən sayılır. Bu musiqinin doğuş yeri Azərbaycandır. İrna xəbər agentliginin yazdığına görə, Bakıdan yarışmaya gəlib və yarışmaçılar arasında hakemlik edən Tofiq Bakıxanov deiyb ki: Muğam musiqisi İran Musiüi aiyləsinə aiyddır! O bildirib ki İran Musiqisi aiyləsindən olan Muğam musiqisi geçmişlərdə çox dərin ilişgiləri olubdur! Hər haldə İran agentliklərinin oyunbazlığına bələd olmuşuq və bu sözləri Bakılı musiqiçilərdən eşitməmiş kimin sayırıq! Ama, görəsən doğurdan da Tofiq Bakıxanov belə sözləri ağzına gətirib ya yox? Daha öncə BayBak xəbər vermişdir ki İran adlanan ülkədə olan Fars hakimiyəti çalışır ta Azərbaycanlıların milli dəyərlərin İranli adına Fars kültürünə girdirsin! Bu doğrultuda, sapi bizdən olan baltaların yalaxçılıqlarıda təhlükəli olur. Yaxın geçmışdı Muğam musiqisini Azərbaycandan qorumağ üçün! Vədud Müəzzinzadə adli bir Azərbaycanli müğənni! İran hakimiyətini önləm almağa çağırmışdır! Bu gündə Tofiq Bakıxanovdan belə söz eşidəndə, adam qalır ki gərçək nə dir? Azərbaycan müğənnilərinə bir şeylər olur! Diyəsən hünərlərin ad çıxartmağ yolunda, ya da pul qazanmağ yolunda qurban verməgə başlayıblar! Xocali soyqırımı ildönümündə İsraiyldə konsert verən Aşıq Zulfiyə! Azərbaycan Türkcəısin buraxıb Rusca mahni səsləndirən bir çoxlu adam! v.s kimi olaylar adami lab çaş baş salır. Ərdəbildə geçirilən yarşmanı Azərbaycanli müsiqi ustadının xatirəsinə yapıblar deiylir! Ustad Səlimi adına hazırlanan bu yarışmanın xəbərin verən İrna agentligi, Ustad Səlimi barədə belə yazır: Ünlü Azəri tar çalan, Azərbaycan musiqisinin ustadi olan Əli Səlimi, Ərdəbilli olan İranli ata anadan, Bakı şəhrində doğulubdur! Baxın bu terminlərə: İranli olan Azərbaycanlı! Ərdəbil İran şəhəridir ama Bakı Azərbaycan şəhəridir! Muğam musiqisi İran musiqisidir! Azəri yani Fars! Muğam musiqisi Azərbaycan kültürnündür! İran kültürü ilə Azərbaycan kültürü bir aiylədəndirlər! Biz sizik, siz biz dəiylsiz! İran yani İran ama Azərbaycan yani İran! Görəsən belənçi olaylara Quzey Azərbaycanda təpkilər nə olar? Heç görəsən orda kimisə bu olaylarla maraxlanır mı? Sanmıram desəm, inşallah ki yanılıram! Artıraq ki Abbas Nikrəvan adli Salmaslı musiqiçi, bu yarışmanın tovhin edici olduğuna görə, habelə Bati Azərbaycanda yetkililərin musiqimizi satışa qoyduqlarına etiraz olaraq yarışmani tərk etmişdir! Quzeyli və Güneyli gərçək Azərbaycanlıların milli çabalarına kölgə salmağ istəyən şovinistlər və satqınlara nə etmək olur? Bəlki kültürəl çalışmalarımızi dahada çox genişləndirməliyik? Bəlki öz varlıqlarımıza daha çox bağlılıq yaratmalıyıq? İrnadan oxuyun, ama Farsca yazılıb, həmdə Güney Əlifbasında: [1] www.irna.ir/Vi… İranda muğam musiqisinə sayqısızlıq edənlərə etiraz olaraq, Abbas Nikrəvan yarışmadan ayrılıb! [2] www.azr.baybak… baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar