SON XƏBƏRLƏR

İranlı araşdırıcının ölkədə müxtəlif dillər və türklərin min illik hakimiyyəti haqda sözləri – VİDEO

2021.10.20, 07:36
İranlı araşdırıcının ölkədə müxtəlif dillər və türklərin min illik hakimiyyəti haqda sözləri – VİDEO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarında yaşayan 82 yaşlı iranlı araşdırıcı ölkədə fars və qeyri-fars dillərinin durumu ilə bağlı diqqətçəkən fikirlər irəli sürüb.

 

Nasir Şahinpər uzun illər tədqiqatdan sonra İranda fars dilinin bütün millətlərə məcburi şəkildə təhmil edilməsinin yanlış olduğu qənaətinə gəlib.

 

O bildirir ki, İran böyük səhvə yol verib. İranda türk, ərəb, bəluç və digər xalqların dilləri sərbəst olmalıdır.

 

“Son min ildə fars dilinin xüsusi quruyub saxlayanı  olmayıb. Bu müddətdə türk xanədanları hökmranlıq edib. Ölkədə gedən millətçilik yanlışdır. Ona görə ki, digər dilləri sıxışdırıb sıradan çıxarır. Bizim də İsveç, Hollandiya, Hindistan və digər ölkələr kimi, bir neçə rəsmi dilimiz olmalıdır.”- deyə iranlı alim sözlərinin bir hissəsində qeyd edib.

 

Aşağıdakı videoda Nasir Şahinpərin farsca çıxışını olduğu kimi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=13&v=zrc4K_HTM00&feature=emb_logo

 

 

N.S

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar