SON XƏBƏRLƏR

İranlı axund: “Amerika Səudiyyə Ərəbistanını qızışdırıb üstümüzə salsa, Tel-Əvivi yerlə yeksan edəcəyik”

2021.10.20, 07:36
İranlı axund: “Amerika Səudiyyə Ərəbistanını qızışdırıb üstümüzə salsa,  Tel-Əvivi yerlə yeksan edəcəyik”

Gunaz.tv

GünAzTV: İranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi və “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri, oktyabrın 12-də ayrı-ayrılıqda Amerika və İsrailə qarşı təhdid dolu sərt bəyanatlar səsləndiriblər.

 

Oktyabrın 12-də Bocnurd şəhərində keçirilən bir tədbirdə çıxış edən Üləma Məclisinin üzvü axund Əhməd Xatəmi, İranın uzaqmənzilli raketlərindən danışaraq deyib ki, İran istənilən xarici təhdidə öz raketləri ilə cavab verəcək: “Amerika bilməlidir ki, əgər o səhv addım atıb Səudiyyə Ərəbistanını qızışdırıb üstümüzə salsa, Tel-Əvivi yerlə yeksan edəcəyik. Düşmən bilməlidir ki, bizim yumruğumuzu möhkəmləndirən və bizə düşmən qarşısında dayanmağa güc verən, elə həmin raketlərimizdir”.

 

Həmin gün, “Sepah”ın baş komandanı Məhəmmədəli Cəfəri də jurnalistlərə açıqlamasında İranın İsraili məhv etməklə bağlı arzusunu gerçəkləşdirməyə çalışmasından danışıb: “İran İslam Respublikası  xarici təhdid və təhlükəyə məruz qalacağı təqdirdə, ölkə hüdudlarından kənarda düşmənə qarşı kəskin cavab verməkdən vaz keçməyəcək. “Sepah”, sionist rejimin tamamilə məhv olunmasına qədər möhkəm addımlarla irəliləyəcək və bu istiqamətdə apardığı fəaliyyətini davam etdirəcək”.

 

"Sepah"ın baş komandanı Məhəmmədəli Cəfəri

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar