GünAzTV: Məşhədin cümə namazının rəhbəri axund Əhməd Ələmülhüda, noyabrın 18-də qılınan namaz xütbəsindəki çıxışında Avropa Birliyinin Tehrandakı nümayəndəliyinin açılmasına qarşı çıxıb.
Axund Ələmülhüda deyib ki, Avropa Birliyinə Tehrandakı nümayəndəliyini açmağa icazə vermək, ölkə paytaxtında yeni bir “casusxana”nın açılmasına icazə verməkdir: “Bu, ikinci bir casusxananın açılışndan və Qərbin bu yolla ölkəyə nüfuz müxanizminə şərait yaratmaqdan başqa bir şey deyil. Belə bir vəziyyətdə isə, ölkədə bəziləri Avropa Birliyinin Tehranda nümayindəliyini açmaq qərarından sevinir, zövqə gəliblər. Təəssüflər olsun ki, ölkədə bu nümayəndəliyin açılmasının tərəfdarı olan və elita zümrəsindən sayılan bəzi şəxslərin “Hibullah”çı uşaqlarımız qədər də bəsirət gözü yoxdur. Maraqlıdır ki, həmin elita zümrəsindən olan rəsmilər arasında, hakimiyyətin müxtəlif strukturlarında rəhbər vəzifələrdə çalışan və ikili vətəndaşlığı olan şəxslər də var”.
Qeyd edək ki, son həftələrdə İran mediasında Avropa Birliyinin Tehranda nümayəndəliyinin mümkün açılışı və tərəflər arasında bu barədə müzakirələr aparılması barədə xəbərlər yayılıb.
A.M