İranlı axund Kir (Kuruş) məqbərəsi ətrafında toplaşanları əksinqilabçı adlandırıb

2016-10-31 09:43

GünAzTV: Tehranın cümə namazının dönəm başqanı axund Nuri Həmədani oktyabrın 30-da Müdafiə Nazirliyinin işçiləri qarşısında çıxış edərək bir neçə gün əvvəl Əhəmənilər (Həxaməneşilər) sülaləsinin məşhur padişahı Kirin (Kuruun) məqbərəsi ətrafında toplaşanlardan danışıb.

 

Axund Həmədani deyib ki, o bir qrup şəxsin Kirin məzarı üstündə toplaşmasından və onunla bağlı şüar səsləndirməsindən təəccüblənib: “Keçmiş şah Kirin məzarı üstünə gedib deyirdi ki, Kir, sən rahat yat, çünki biz oyağıq. İndi də eşitdiyimə görə bir qrup şəxs Kirin məzarı üstünə gedib onu təvaf ediblər. Onlar Kir üçün həm də ağlayıb, dəsmalla göz yaşlarını siliblər. İalam Respublikasının qurucusu İmam Xomeyni vaxtında da bəziləri Kirin Məzarı üstünə gedib, islamın bu ölkəyə gəlişindən gileylənmiş, ağlamışdılar. İmam isə həmin şəxsləri əksinqilabçı adlandırmışdı. Mən bir şeydən təəccüblənirəm. Bunlar, bizim inqilab rəhbərinə (Xamneyiyə) verdiyimiz şüarları Kirə verirlər. Biz isə kənarda durub tamaşaçı kimi baxırıq. Bu isə yolverilməzdir”.

 

Oktyabrın 28-də İranın Şiraz şəhərinin yaxınlığında yerləşən Pasarqadda, Əhəmənilər (Həxaməneşilər) sülaləsinin ilk padişahı sayılan Kirin (Kuruşun) məqbərəsi qarşısında aksiya keçirilib.

 

Paniranist təfəkkürlü millətçi gənclər, fars millətçiliyinin əsas simvollarından sayılan Kiri (Kuruşu) anaraq ərəblərə qarşı şüarlar səsləndiriblər. “Deyirlər ki, hər şey Allahın əlindədir, bizim isə çəkdiyimiz bütün müsibətlər ərəblərdəndir”, “Biz arilərik (ariyayilərik) və ərəbləri pərəstiş etmirik”, “İran bizim vətənimiz, Kir (Kuruş) isə atamızdır” və “Pəhləvi, pəhləvi” şüarları səsləndirən aksiyaçılar, həm də İranın keçmiş şahının xaricdə mühacirətdə yaşayan oğlu Rza Pəhləviyə dəstək veriblər.

 

Bir neçə min millətçi fars gəncinin iştirakı ilə keçirilən və iki-üç saat davam edən aksiya hökumət qüvvələrinin müdaxiləsindən sonra başa çatıb. Qeyd edək ki, İranda oktyabrın 28-i (7 aban günü) qeyri rəsmi olaraq paniranistlər tərəfindən Kir (Kuruş) günü elan edilib. Bu təfəkkürün sahibləri isə son illər həmin gündə məqbərə ətrafında toplaşaraq əhəməni padşahının doğum gününü qeyd edirlər. 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda Royan şəhərinin qəbiristanlığında qəbir daşları üzərində həkk olunmuş qadın şəkilləri silinib

2020-10-26

gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23