SON XƏBƏRLƏR

İranlı bəhai insan haqları fəalı Jinus Sübhani həbs edilib

2021.10.20, 07:36
İranlı bəhai insan haqları fəalı Jinus Sübhani həbs edilib

Gunaz.tv

GünAz TV: “İran İnsan Hüquqları Sənədləri Mərkəzi” bəhai dininə mənsub insan haqları fəalı və “İnsan Haqları Müdafiəçiləri Mərkəzi”nin sabiq katibi Jinus Sübhaninin həbs edilməsi ilə bağlı məlumat yayıb.

 

Məlumata əsasən, xanım Sübhani martın 31-də Tehranda öz yaşadığı evdə həbs edilib.

 

Təhlükəsizlik qüvvələri onu evində həbs etdikdən sonra mobil telefon və notbuk da daxil olmaqla, şəxsi əşyalarını da özləri ilə naməlum istiqamətdə aparıblar.

 

Hələ ki, Jinus Sübhaninin hansı orqan tərəfindən və nə üçün saxlandığı məlum deyil. O, bundan öncə də 2009-cu il yanvarın 14-də “İnsan Haqları Müdafiəçiləri Mərkəzi”nin təhlükəsizlik qüvvələri tərəfindən bağlandığı zaman da həbs edilmiş, lakin 70 milyon tümən zamin qarşılığında azadlığa buraxılmışdı.

 

Qeyd etmək lazımdır ki, İranda 1979-cu il inqilabından sonra milli və dini azlıqlar, eləcə də bəhailər təqiblərə məruz qalır. Bu günə qədər yüzlərlə bəhai dini inanclarına görə həbs və ya edam edilib. Digər tərəfdən, onlar təhsil almaq hüququ kimi, bir çox təməl haqlardan məhrumdurlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar