SON XƏBƏRLƏR

İranlı deputat: “Amerika hökumətində edilən son dəyişiklərdə əsas məqsəd, İran İslam Respublikasını devirməkdir”

2021.10.20, 07:36
İranlı deputat: “Amerika hökumətində edilən son dəyişiklərdə əsas məqsəd, İran İslam Respublikasını devirməkdir”

Gunaz.tv

GünAzTV: İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Hüseyn Nəqəvi Hüseyni, martın 25-də jurnalistlərə açıqlamasında Amerika hökumətində edilən yeni təyinatlardan danışıb.

 

Öz açıqlamasında, İran rejiminə qarşı radikal mövqeyi ilə tanınan Con Boltonun son günlər ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə gətirilməsinə toxunan deputat deyib ki, Tramp hökumətinin rəsmi Tehrana qarşı mövqeyi gündən-günə sərtləşir: “Amerika hökumətində edilən son dəyişikliklər və yeni təyinatlar, Donald Tramp hökumətinin islam respublikasına qarşı hədəfli planlarından xəbər verir. Hesab edirəm ki, Amerika hökumətində edilən son dəyişiklərdə əsas məqsəd, İran İslam Respublikasını devirməkdir.

 

Amerika rəsmilərinin nüvə sazişinə qarşı mənfi münasibətini, İranda insan hüquqları ilə bağlı vəziyyətə, regionda yürütdüyümüz siyasətə və apardığımız raket proqramına qarşı etirazını nəzərə alaraq, düşünürəm ki, İran hökuməti Amerika qarşısında daha inqilabçı mövqedən çıxış etməlidir, daha sərt mövqe nümayiş etdirməlidir”.

 

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Corc Buş (oğul) hökumətində Amerikanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışan Con Bolton, İran İslam Respublikasına və Şimali Koreya qarşı radikal və sərt mövqeyi ilə tanınan bir siyasətçidir. Bolton, bundan əvvəl səsləndirdiyi bəyanatlarda dəfələrlə bildirib ki, hazırda Orta Şərqdə yaşanan bütün problem və çaxnaşmaların aradan qaldırılması üçün yeganə bir yol var, o da İran İslam Respublikasının devrilməsidir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar