SON XƏBƏRLƏR

İranlı deputat: “Avtomobil hissələrinin idxalı 5-6 nəfərin inhisarındadır”

2021.10.20, 07:36
İranlı deputat: “Avtomobil hissələrinin idxalı 5-6 nəfərin inhisarındadır”

Gunaz.tv

GünazTV: İran parlamentinin sənaye və mədənlər komissiyasının rəyasət heyətinin üzvü Cavad Hüseyni Kiya oktyabrın 20-də jurnalistlərə açıqlamasında ölkədə avtomobil hissələri idxalatında olan mafiyadan və bu sektorun bir neçə şəxsin inhisarında olmasından danışıb.

 

O deyib ki, ölkənin avtomobil bazarında qiymətlərin kəskin artmasının səbəbi, bu sektorun birbaşa müxtəlif mafiya və bandalar tərəfindən idarə olunması ilə əlaqədardır: “Ölkədə hazırda  avtomobil hissələrinin idxalı 5-6 nəfərin inhisarındadır. Avtomobil hissələrinin bazarda tapılmaması da məhz bununla bağlıdır.  İnhisar isə fəsada və qanunsuzluğa səbəb olur.

 

Əslində isə bəzi qüdrət mafiyaları bu sahədə olan bütün idxalatı öz əllərinə alıblar. Onlar, vaxtaşırı ölkəyə gətirilən avtomobil hissələrini bazara çıxarmaqdan imtina edərlər. Məqsəd isə qiymətləri istədikləri qədər qaldırmaqdır. Avtomobilin təxminən 1200 hissədən təşkil edildiyini nəzər alaraq, demək olar ki, onun 471 hissəsi ölkəyə idxal edilən hissələrdir” –deyə, İran parlamentinin sənaye və mədənlər komissiyasının rəyasət heyətinin üzvü Cavad Hüseyni Kiya əlavə edib.

 

Deputat, avtomobil hissələrinin idxalını öz inhisarına alan şəxslərin adlarını çəkməkdən imtina edib.

 

 

Qeyd edək ki, Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranda daxili avtomobil istehsalçıları ciddi çətinliklərlə üz-üzə qalıblar. Belə ki, hökumət daxili avtomobil istehsalçılarının ehtiyacı olan hissələri təmin etməkdə aciz qalıb. Nəticədə, həmin hissələrin idxalı və qiymətlərin təyin olunması “Sepah” və hakimiyyət strukturlarına bağlı bir neçə şəxsin  inhisarına keçib.

.  

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar