İranlı deputat azyaşlı uşaqlarla cinsi əlaqəyə girən “Quran qarisi”nin işinin ört-basdır ediləməsinə etiraz bildirib

2016-11-01 13:47

GünAzTV: İran parlament sədrinin canişini Əli Mütəhhəri oktyabrın 31-də jurnalistlərə açıqlamasında məşhur “Quran qarisi” Səid Tusinin azyaşlı şagirdləri ilə cinsi əlaqəyə girməsi ilə bağlı işinə baxılmasının gecikdirilməsinə və məsələnin ört-basdır edilməsinə etiraz bildirib.

 

Əli Mütəhhəri deyib ki, İran Məhkəmə Sisteminin rəsmiləri müttəhimin bir “Quran qarisi” olduğunu və onun hakimiyyətdəki bəzi dairələrə yaxınlığını nəzərə alaraq onun cinayət əməlinə baxılmasını məsləhət bilmir və bununla da onun işinə baxılmasını müxtəlif yollarla yubatdırırlar: “Bu isə islam ədalətinə zidd addımdır. İşə baxılmasının bu qədər uzadılması, cinsi təcavüzə məruz qoyulan uşaqların valideynlərinin xarici mediaya üz tutmasına səbəb olub. Belə bir cinayət əməlini törətmiş bir şəxsin “Quran” oxumaq üçün  rəsmi mərasimlərə dəvət olunması başa düşülən deyil. Bəlkə də bu yolla “Quran qarisi”ndən şikayətçi olanları qorxutmaq və onları öz şikayətlərini geri götürməyə məcbur etmək istəyirlər. Belə görünür ki, Səid Tusinin dosyesinə baxılması prosesində qanun pozuntularına yol verildiyindən bu məsələ və onun həlli 5 il uzanıb”.

 

İranın rəsmi dini dairələrində və “Quran” qariləri arasında Hacı Səid Tusi adı ilə tanınan 46 yaşlı “Məhəmməd Gəndumnəjad Tusi”, son illər “Quran” oxumağı öyrənmək məqsədilə onun yanına gələn və beynəlxalq “Quran” yarışlarına qatılmaq üçün onun başçılığı ilə xarici ölkələrə göndərilən azyaşlı və yeniyetmə uşaqları müxtəlif yollarla aldadaraq onlarla cinsi əlaqəyə girib.

 

Bildirilir ki, azyaşlı uşaqlarla cinsi əlaqəyə girdiyinə görə ilk dəfə 2012-ci ildə (1391-ci ildə) Səid Tusi barəsində cinayət işi açılsa da, məsələ ört-basdır edilib.  Lakin son günlər Səid Tusi tərəfindən zorlanan həmin yeniyetmələrdən iki-üçünün və onların valideynlərinin BBC və “Amerikanın Səsi”nin fars redaksiyasına verdiyi müsahibələr və məsələnin ifşa olunması “Quran qarisi”nin adını yenidən gündəmə gətirib. Qeyd edək ki, Səid Tusi İranın dini lideri Əli Xamneyinin şəxsi “Quran qarisi”dir.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19