SON XƏBƏRLƏR

İranlı deputat Əli Laricaninin komaya düşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib

2021.10.20, 07:36
İranlı deputat Əli Laricaninin komaya düşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib

Gunaz.tv

GünazTV: İran parlamentinin rəyasət heyətinin üzvü Bəhruz Neməti aprelin 3-də mediaya açıqlamasında koronavirusa yoluxmuş parlament sədri Əli Laricaninin komaya düşməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Əli Laricaninin səhhətinin ağırlaşması ilə bağlı sosial şəbəkələrdə və ölkə əhalisi arasında yayılan xəbərləri “şayiə” adlandıran deputat Bəhruz Neməti deyib ki, Laricaninin sağlamlıq durumu qənaətbəxşdir: “Cənab Laricani koronavirusa yoluxduğuna görə hazırda şəxsi mənzilində karantin şəraitində müalicə alır. Mən özüm bu gün gecə saat 22:00-da onunla telefonda danışmışam.

 

İran parlamentinin sədrinin komaya düşməsi ilə bağlı yayılan şayiələr düzgün deyil və o hazıra şəxsi mənzilində müalicə alır və səhhəti dünənkindən yaxşıdır” -deyə, İran parlamentinin rəyasət heyətinin üzvü Bəhruz Neməti əlavə edib.

 

Xatırladaq ki, İran parlamentinin ictimaiyyətlə əlaqələr bölməsi aprelin 2-də Əli Laricaninin “Covid-19” infeksiyasına yoluxması barədə məlumat yayıb.

 

 

Məlumatda bildirilir ki, son günlər Əli Laricanidə koronavirus infeksiyasının ilkin simptomları aşkar edildikdən sonra ondan test analizləri götürülüb və analizlərin nəticələri müsbət çıxıb.

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar