SON XƏBƏRLƏR

İranlı deputat: "ETTELAAT Nazirliyi son etirazlarla bağlı 90 tələbəni tutub”

2021.10.20, 07:36
 İranlı deputat: "ETTELAAT Nazirliyi son etirazlarla bağlı 90 tələbəni tutub”

Gunaz.tv

GünAzTV: İran parlamentinin deputatı Pərvanə Sələhşuri yanvarın 5-də jurnalistlərə açıqlamasında ölkədə baş verən etirazlarda həbs edilən tələbə fəallarının sayından danışıb.

 

Deputat bildirib ki, o, son günlər kütləvi etirazlara qatılan 90 tələbənin həbs olunmasından əmindir: “Məndə olan məlumatlara görə, son günlər etirazlarla bağlı ölkənin müxtəlif şəhərlərində ən azı 90 tələbə ETTELAAT Nazirliyi əməkdaşları tərəfindən tutulub. Həbs edilən tələbələrin sayı bundan da çox ola bilər, lakin bu sayda tələbənin tutulmasından artıq əminik. Bildiyimə görə, bir neçə deputat rəsmi orqanlara müraciət edərək tutulan tələbələrin azadlığa buraxılmasına təşəbbüs göstərəcək”.

 

İran mənbələrinin bildirdiyinə görə, son 9 gündə, ölkənin təxminən 101 şəhərində hakimiyyətə qarşı keçirilən kütləvi etirazlarda 1800 nəfərdən çox insan həbs edilib.

 

 

Xatırladaq ki, on günə yaxındır İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilir. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda ən azı 25 nəfər ölüb, onlarla aksiyaçı yaralanıb, 1800 nəfərdən çox insan isə həbs edilib.

 

Qeyd edək ki, dini hakimiyyətə  qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün molla rejiminininin əleyhinə yönəlib. Etirazlar davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar