İranlı deputat: “Koronavirusdan ölənlərin gerçək sayını xalqdan gizlədirlər. Lakin, qəbiristanlıqları axı gizlətmək mümkün deyil”

28.02.2020, 23:46

GünazTV: İran parlamentinin Rəştdən seçilmiş deputatı Qulaməli Cəfərzadə İmen Abadi, fevralın 28-də jurnalistlərə açıqlamasında ölkə rəsmilərini koronavirus qurbanlarının sayını xalqdan gizlətməkdə günahlandırıb.

 

Deputat deyib ki, rəsmi qurumların koronavirus qurbanlarının sayı barədə elan etdiyi rəqəmlər heç də həqiqətə uyğun deyil: “Mən açıq və şəffaf şəkildə bildirirəm ki, məsul şəxslər ardıcıl olaraq, koronavirusdan ölənlərin gerçək sayını xalqdan gizlədirlər. Lakin, qəbiristanlıqları axı gizlətmək mümkün deyil. Mənim, kornavirusdan ölən və qəbiristanlıqlarda basırılanların sayı barədə dost-tanışlardan aldığım dəqiq məlumatlarım var. Gerçək rəqəmlər dəhşətlidir. Bəs bunları axı gizlətmək olmur.

 

Məndə həmçinin konkret olaraq, Tehranın “Behişti-Zəhra, Rəştin isə “Tazə Abad” və “Rizvan bağı” qəbristanlıqlarında basdırılan koronovirus qurbanlarının sayı barədə məlumatlar var. Qəbiristanlıqlardan aldığımız mövcud statistik rəqəmlər, rəsmi tribunalardan cəmiyyətə elan edilən rəqəmlərdən qat-qat çoxdur.

 

Mən, üzümü İran İslam Respublikası rəsmilərinə tutub deyirəm:- Sizi and verirəm Allaha, koronavirus qurbanlarının sayı barədə insanlara düzgün məlumat verin və əsl rəqəmləri xalqdan gizlətməyin.

 

Koronavirusun ən çox yayıldığı şəhərlərin karantinə alınması məsələsinə gəlincə, hesab edirəm ki, indiki vəziyyət və şəraitdə belə bir addımın atılması vacibdir. Belə bir tələb və təklif rəsmi şəkildə ortaya da qoyulub. Lakin bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, İran Ali Milli Təhlükəsizlik Şurası irəli sürülən bu kimi təklif və tələbləri rədd edərək ona qarşı çıxıblar”-deyə, İran parlamentinin deputatı Qulaməli Cəfərzadə İmen Abadi əlavə edib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 28-də jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin sayının 34-ə, virusa yoluxanların isə 388 nəfərə çatdığını bəyan edib.

 

İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə, virusdan ölənlərin və ona yoluxanların sayının dəfələrlə çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə səy göstərdiyini bildirirlər.

 

Xatırladaq ki, İran parlamentinin Qum şəhərindən seçilmiş deputatı Əhməd Əmirabadi Fərahani fevralın 24-də jurnalistlərlə görüşündə Qumda koronavirusa yoluxanlarla bağlı şok açıqlama verib.

 

İranın səhiyyə nazirini xalqa yalan danışmaqda və onu cəmiyyətə düzgün məlumat verməməkdə günahlandıran deputat deyib ki, ötən bazar gününün axşamına qədər, təkcə Qumda 50 nəfər koronavirusdan ölüb. Deputat deyib ki, Qumda hər gün təxminən 10 nəfər həmin virusdan həyatını itirir.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18