SON XƏBƏRLƏR

İranlı deputat: “Ölkədə fəsad və korrupsiyaya qarşı mübarizə dini liderin beytindən başlanmalıdır”

2021.10.20, 07:36
 İranlı deputat: “Ölkədə fəsad və korrupsiyaya qarşı mübarizə dini liderin beytindən başlanmalıdır”

Gunaz.tv

GünAzTV: İran parlamentinin deputatı Qulaməli Cəfərzadə İmən Abadi, aprelin 2-də jurnalistlərə açıqlamasında ölkə rəsmilərini və hakimiyyəti bürümüş fəsad və korrupsiyadan və ona qarşı mübarizə metodundan danışıb.

 

Deputat bildirib ki, fəsad ölkə və cəmiyyətə, o cümlədən də hakimiyyət strukturlarına o qədər  dərindən nüfuz edib ki, ölkənin indiki qanunları ilə ona qarşı mübarizə aparılmasının nəticə verəcəyinə ümid bəsləmir: “Təəssüflər olsun ki, bu gün fəsad və korrupsiya ölkə və hakimiyyət strukturlarında dərindən kök atıb və hər yerdə özünü göstərir. Vəziyyət o yerə gəlib çatıb ki, mənim qanunun bu qədər fəsadın qarşısını ala biləcəyinə heç bir ümidim qalmayıb. Mənim bu ümidsizliyimin səbəbi var. Çünki mən, sistemin içindəyəm və hər şeyi yaxından görə bilirəm.

 

Hesab edirəm ki, əgər fəsada qarşı mübarizənin nəticə verməsini istəyiriksə, bu mübarizə, ölkənin dini liderinin (Xamneyinin) beytindən və onun ətrafındakı adamlardan başlanmalıdır. Əgər fəsada qarşı mübarizə bu şəkildə aparılsa, Məhkəmə və İcra hakimiyyətləri də bu fəsad və korrupsiyadan təmizlənsələr, bu işin minimum müsbət tərəfi o olacaq ki, ən azından cəmiyyətin hakimiyyətə olan əvvəlki inam və etimadını yenidən bərpa etmək mümkün olacaq”.

 

Deputat həmçinin, cəmiyyətdə maddi fəsadla yanaşı, əxlaqiyyatın xeyli dərəcədə korlanmasından da gileylənib. O bildirib ki, əxlaq dəyərlərinin gündən-günə zəiflənməsi hallarını hər gün rəsmi şəxslərdə və onların açıq-aşkar etdiyi bəzi əməllərində də görmək mümkündür.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar