SON XƏBƏRLƏR

İranlı deputat: "Silahlı Qüvvələr Ukraynanın sərnişin təyyarəsini vurmaqla, öz vəzifəsini çox gözəl yerinə yetirdi"

2021.10.20, 07:36
İranlı deputat: "Silahlı Qüvvələr Ukraynanın sərnişin təyyarəsini vurmaqla, öz vəzifəsini çox gözəl yerinə yetirdi"

Gunaz.tv

 

GünAz TV: İran Milli Məclisinin Hüquq və Məhkəmə Məsələləri Komissiyasının üzvü Həsən Novruzi "Sepah" terror təşkilatının yanvar ayında Ukraynaya məxsus sərnişin təyyarəsini vurmasına haqq qazandırıb.

 

O, Silahlı Qüvvələrin həmin "şübhəli" təyyarəni vurmaqla, öz vəzifəsini "çox gözəl" yerinə yetirdiyini bildirib.

 

"Görünür ki, təyyarə İranın nava nəqliyyatına nəzarət sistemindən çıxıb və Amerikanın nəzarəti altına düşüb. Vurulmazdan bir həftə öncə isə təyyarə İsraildə olub. Görünür, orda onun üzərində hansısa məkrli işlər həyata keçirilib", - deyə Həsən Novruzi iddia edib.

 

Millət vəkili sonda bildirib ki, hadisə ilə əlaqəli heç kim həbs edilməyib.

 

Xatırladaq ki, hadisədən sonra İran prezidenti başda olmaqla, "Sepah"ın Hərbi Hava Qüvvələrinin komandanı, Xarici İşlər naziri, Məhkəmə Sisteminin rəhbərinin müavini və sözçüsü kimi bir çox rəsmilər bunun "insan xətası" üzündən baş verdiyini və təyyarənin vurulması ilə əlaqəli bir neçə nəfərin tutulduğunu bildirirdilər.

 

İlk günlərdə göyərtəsində olan 176 nəfərin ölümünə səbəb olan təyyarənin vurulması faktını gizlədən İran bu gün də təhqiqatlar aparılması üçün qara qutunu Qərb ölkələrinə və Ukraynaya göndərməkdən boyun qaçırır.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar