SON XƏBƏRLƏR

İranlı deputatdan gülməli açıqlama: “Amerika bizim 52 mərkəzimizə hücum etsə, biz də 124 min peyğəmbərin sayı qədər amerikalını öldürəcəyik”

2021.10.20, 07:36
İranlı deputatdan gülməli açıqlama: “Amerika bizim 52 mərkəzimizə hücum etsə, biz də 124 min peyğəmbərin sayı qədər amerikalını öldürəcəyik”

Gunaz.tv

GünazTV: İran parlamentinin deputatı, axund Muctaba Zolnur yanvarın 5-də jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın ABŞ vətəndaşları İranın hücumuna məruz qalacağı təqdirdə bu ölkənin 52 həssas mərkəzinə hava zərbələri endirəcəkləri ilə bağlı son bəyanatına gülməli reaksiya verib.

 

O deyib ki, Amerikanın regiondakı bütün hərbi bazaları İranın uzaqmənzilli raketlərinin hədəfindədir: “Əgər Amerika bizim 52 mühüm mərkəzimizə hücum etsə, biz də Quran ayələrinin sayı qədər onların mühüm mərkəzlərini vuracaq, 124 min peyğəmbərin sayı qədər amerikalını  öldürəcəyik.

 

Amerikanın Bəhreyndən tutmuş Yəmənə qədər regiondakı bütün hərbi bazaları raketlərimizin hədəfindədir. Əgər amerikalılar ölkəmizə qarşı hücum etsələr, biz də onların bölgədəki hərbi baza və gəmilərinə hücum edəcəyik” –deyə, İran parlamentinin milli təhlükəsizlik komissiyasının rəisi, axund Muctaba Zolnur bildirib.  

 

“Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu, ABŞ hava qüvvələrinin raket hücumunda məhv edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar