SON XƏBƏRLƏR

İranlı deputatdan şok açıqlama: “Xalqa niyə yalan danışırsınız. Təkcə Qumda 50 nəfər koronavirusdan ölüb”

2021.10.20, 07:36
İranlı deputatdan şok açıqlama: “Xalqa niyə yalan danışırsınız. Təkcə Qumda 50 nəfər koronavirusdan ölüb”

Gunaz.tv

GünazTV: İran parlamentinin deputatı Əhməd Əmirabadi Fərahani fevralın 24-də jurnalistlərlə görüşündə Qumda koronavirusa yoluxanlarla bağlı şok açıqlama verib.

 

Deputatın açıqlaması, səhiyyə naziri Səid Nəməkinin bu gün parlamentin qapalı iclasında virusdan ölənlərin sayının 12 nəfərə çatdığını bildirməsindən az sonraya təsadüf edib.

 

İranın səhiyyə nazirini yalan danışmaqda günahlandıran deputat deyib ki, Qumda koronuvirusun yayılmasfı ilə bağlı vəziyyət yaxşı deyil: “Hökumətin virusu kontrolda saxlamaq üçün göstərdiyi bütün cəhdləri uğursuz alınıb. Hökumətin bu virusun yayılmasının qarşısını almağa imkanları demək olar ki, sıfıra bərabərdir. Problemlər çoxdur və hətta tibb bacılarının karantin şəraitinə uyğun geyimləri də yoxdur və onlar qorxa-qorxa virusa yoluxmuş xəstələrə yaxınlaşır, öz işlərini görürlər. Təəssüflər olsun ki, hökumət hələ də vəziyyətin nə qədər böhranlı olduğunu hiss etmir və bu məsələyə diqqətlə yanaşmır.

 

Səhiyyə naziri bu günə qədər 12 nəfərin virusdan öldüyünü deyir. Lakin o yalan danışır. Başa düşürəm ki, biz yaranmış bu böhranı nəzarətdə saxlamalıyıq. Lakin vəziyyəti guya heç nə baş verməmiş kimi də cəmiyyətə göstərməməliyik.

 

Korona virusunun Qumda yayılmasından 3 həftə keçir. Lakin bu barədə xəbərlər gec yayılıb. Səhiyyə naziri də bu məsələdə təqsirkardır. Mən səhiyyə naziri ilə görüşdə hətta onunla savaşıb etirazımı bildirdim. Dedim ki, xalqa niyə yalan danışırsınız. Dünən axşama qədər təkcə Qumda 50 nəfər koronavirusdan ölüb. Onların çoxu da karantində saxlanılan xəstələrdir. Dedim ki, hər gün 10 nəfər Qumda bu virusdan ölür və vəziyyət son dərəcə ağırdır.

 

Hazırda isə Qumda virusa yoluxmuş 250 nəfər karantində saxlanılır. Şəhər apteklərində də maskalar tapmaq mümkün deyil. Tibb bacıları imkansızdır və onların karantin şəraitində gəzməyə və xəstələrə baxmağa belə geyimi və digər imkanları da yoxdur” -deyə, İran parlamentinin Qumdan seçilmiş deputatı Əhməd Əmirabadi Fərahani əlavə edib.

 

 

Qeyd etmək lazımdır ki, İran rejimi koronavirusdan ölənlərin 8, ona yoluxanların isə 43 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən müstəqil mənbələr, bu rəqəmin qat-qat çox olduğunu və hökumətin ölkədə baş vermiş faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışdığını bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar