İranlı deputatdan xalqa müraciət: "İmam Rzanın məqbərəsini yalamaq koronavirusun qarşısını almır"

01.03.2020, 19:03

GünAz TV: İran Milli Məclisinin Mədəniyyət Komissiyasının üzvü Tayibə Siyavuşi insanların koronavirusla bağlı imam Rza məqbərəsinin divarlarını yalamasına münasibət bildirib.

 

O, "İsna" xəbər agentliyinə verdiyi müsahibədə məqbərəni yalamağın koronavirusun qarşısını almaqda heç bir effektinin olmadığını bəyan edib.

 

Qeyd etmək lazımdır ki, İranda son günlər ərzində bir qrup insan sosial şəbəkələrdə insanlara xitabən Səhiyyə Nazirliyi də daxil olmaqla, heç bir qurumun koronavirusla bağlı çağırışının effektiv olmadığını iddia edir. Onlar şiələrin müqəddəs hesab etdikləri ziyarət məkanlarından divarları yalayan zəvvarların foto və videolarını paylaşmaqla, koronavirusdan qorunmaq üçün bu üsulu daha effektiv hesab etdiklərini bəyan edirlər.

 

Tayibə Siyavuşi həmçinin qeyd edib ki, bəzi insanlar xəstəliyin yayılmasını siyasiləşdirirlər və əslində bu cür xəstəliyin mövcud olmadığını iddia etməyə çalışırlar. Deputatın sözlərinə görə, bu, yanlış düşüncədir və həmin insanlardan bəziləri də proflaktik tövsiyələrə əməl etmədiyindən, virusa yoluxublar.

 

İran Milli Məclisinin Hüquq və Məhkəmə Komissiyasının sədr müavini Yəhya Kamalipur da məsələyə münasibət bildirib. O deyib ki, bu cür ictimai rəyi çaşdıran, xurafat yayan və bununla da koronavirusun daha da yayılmasına səbəb olan addımlara qanuni qiymət veriləcək.

 

Digər tərəfdən, həzrəti Məsumə dini məqbərəsinin vəqf məsulu, axund Məhəmməd Səidi də qurumların və xalqın ziyarətgahın müvəqqəti bağlanmasına dair çağırışlarına qarşı çıxır və onlardan əvvəlkindən daha çox ziyarətgaha gələrək "şəfa tapmalarını" istəyir. Onun müavini isə koronavirusun yayılmasını "düşmənlər"lə əlaqələndirir, bununla da adın çəkmədiyi həmin "düşmənlər"in "dini mərkəz olan Qumdan qisas almağa çalışdıqlarını" iddia edir.

 

Bundan bir neçə gün öncə də həzrəti Məsumə dini məqbərəsi bəyanat yayaraq, Qum əyalətinin rəsmi orqanlarının cümə namazını ləğv etmələri və ziyarətgahları dezinfeksiya etmələri ilə əlaqədar qərarlarını tənqid etmişdi.

 

"Bu ziyarətgahın tikintisində gümüşdən istifadə edildiyindən, onun ərazisi və binası yüksək səviyyədə anti-bakteriyal və koronavirusa qarşı möhkəm səddir", - deyə axundlar bəyanatda iddia etmişdilər.

 

Xatırladaq ki, bu günə olan rəsmi statistikalarda artıq İranda koronavirusdan ölənlərin sayının 54 nəfərə, xəstəliyə yoluxanların isə 987 nəfərə yüksəldiyi bildirilir. Qeyri-rəsmi statistiklarda isə bu rəqəmlər dəfələrlə çox göstərilir.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18