İranlı deputatlar Xuzistanda su böhranı, işsizlik və yarımçıq qalmış layihələr barədə spikerə məlumat veriblər

2020-09-05 16:26

İran Milli Məclisinin spikeri Məhəmmədbağır Qalibafın etnik ərəblərin yaşadığı Xuzistan əyalətinə səfəri çərçivəsində bu əyalətdən seçilmiş deputatlar bölgədə hökm sürən problemlərlə bağlı ona məlumat veriblər.

Gunaz.tv Quote | Gunaz article

İran parlamentinə bağlı saytın yaydığı xəbərə görə, səfərin yekunlarına həsr olunmuş iclasda spiker bildirib ki, İranın suya olan ehtiyacının təxminən 30-ni Xuzistanda yerləşən məbbələrin təmin etməsinə baxmayaraq, əyalətin 700 kəndində su çatışmazlığı böhranı mövcuddur.


İclasda Abadandan seçilmiş millət vəkili Məhəmməd Mövləvi Xuzistanda mövcud olan namünasib həyat şəraiti səbəbindən 300 mindən çox sakinin ölkənin digər bölgələrinə köçdüyünü deyib. 


O, bu rəqəmlərin hansı dövrə aid olduğunu açıqlamayıb. Lakin 2018-ci ilin sentyabr ayında Tehrandan seçilmiş deputat Pərvanə Səlahşuri bildirmişdi ki, son bir neçə ildə Xuzistandakı ağır həyat şəraiti səbəbindən 400 mindən çox insan İranın şimal şəhərlərinə doğru köçüb. 


İclasda iştirak edən Mahşəhrdən seçilmiş deputat Həbib Ağacəri isə qeyd edib ki, bölgədə böyük təbii sərvətlərin yerləşməsinə rəğmən, işsizlik həddi 25%-dir.


O, seçildiyi bölgədə yerləşən təbbi sərvətlər hesabına ölkəyə külli miqdarda gəlir gəldiyini, lakin Tehranda əhalinin yaxşı yaşadığını, bu bölgədə isə su problemi və kasıblıq kimi problemlərin həyat şəraitini ağırlaşdırdığını vurğulayıb.


Ramhörmüz və Ramşiri təmsil edən deputat İbrahim Mətiniyan da öz növbəsində "dini lider" Əli Xamneyinin 1996-cı ildə Xuzistana səfəri zamanı kənd təsərrüfatı sahəsində qəbul edilmiş "550 min hektar" adlı dövlət layihəsinin siyasi məsələyə çevrilməsi və qəsdən icra edilməməsinə diqqət çəkib. 


İlkin olaraq 800 min hektar ərazidə kənd təsərrüfatı layihələrinin icrasının nəzərdə tutulduğu həmin layihədə sonradan ərazinin sahəsi 550 min hektara endirildi. 24 il keçməsinə baxmayaraq, hələ də onun icra edilib- edilməyəcəyi ilə bağlı qəti bir fikir deyilmir. 


Bir ildən artıqdır ki, Xuzistanda su böhranı yaşanması ilə bağlı məlumatlar yayılır. Bəzi deputatlar bildirirlər ki, əyalətin 800 kəndində içməli su çatışmazlığı hökm sürür.


Bu ilin iyun ayının əvvəllərində Əhvazın 45 kilometrliyində yerləşən Ğeyzaniyyə kəndinin sakinləri bu vəziyyətə görə etiraz aksiyası keçirsələr də, polisin zorakılıqla müşayiət olunan müdaxiləsi ilə onların aksiyası dağıdılmışdı. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Bakıdan dəvət gələrsə, Türkiyə tərəddüd etməz” - Fuad Oktay

2020-10-22

gun az article

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

2020-10-22

gun az article

Prezident: "Mincivan qəsəbəsi, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndləri işğaldan azad olunub"

2020-10-22

gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19