İranlı din mütəxəssisi dövlətə xəyanət ittihamı ilə tutulan axunda görə Azərbaycan Respublikasını təhdid edib

13.03.2020, 16:34

GünAz TV: İranın İslami Azad Universitetinin Siyasi İslami İcmalar İdarəsinin rəhbəri Məhəmməd Qurbani Gülşənabad bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dövlətə xəyanət etdiyi üçün həbs edilən "İslam Partiyası"nın sədr əvəzedicisi hacı İlham Əliyevlə bağlı məqalə yazıb.

 

İlk olaraq "Sepah" terror təşkilatına məxsus "Farsnews" agentliyi tərəfindən dərc edilən məqalə olduğu kimi "Arannews", "Qafqa.ir" və digər bu kimi anti-Azərbaycan və anti-türk təmayüllər üzrə fəaliyyət göstərən agentliklərdə də işıq üzü görüb.

 

Hacı İlham Əliyevin həbsini onun anti-Qərb görüşləri ilə əlaqələndirən müəllif rəsmi Bakını təhdid edərək, sözügedən axund da daxil olmaqla, müxtəlif cinayətlər törətdikləri üçün həbs olunan Mövsüm Səmədov, Taleh Bağırzadə, Abgül Süleymanov və digər bu kimi radikal islamçılarla bağlı Azərbaycan Respublikasını "tarixdən ibrət dərsi çıxamağa" çağırıb.

 

Maraqlı məqam ondan ibarətdir ki, dövlətə xəyanət maddəsi kimi ağır ittihamla tutulan hacı İlham Əliyevin günahsız olduğunu isbat etmək istəyən Məhəmməd Qurbani Gülşənabad onun və sədrlik əvəzedicisi kimi çalışdığı "partiya"nın İranın xüsusi xidmət orqanları tərəfindən idarə olunan "müqavimət hərəkat"ının Azərbaycanda mərkəzi olduğunu və öz ətrafında "inqilabçı mömin" gəncləri topladığını etiraf edib.

 

O, məqaləsi içərisində Azərbaycan Respublikasının Konstitusiya quruluşuna da müdaxilə edərək iddia edib ki, "hacı İlham Əliyevin digər 5 islamçı ilə birlikdə həbs edilməsi Bakı dövlətinin kəskin islam düşmənliyi, habelə Azərbaycanın 10 milyonluq müsəlman və şiə cəmiyyətində hakim olan dini dəyərlər ilə ziddiyyətinin göstəricisidir".

 

Qeyd etmək lazımdır ki, İran mediasında tez-tez Azərbaycan dövləti və xalqı əleyhinə İranın idarə etdiyi radikal islamçılara görə təhqiramiz və təhdid dolu yazılar yayınlanır.

 

Digər tərəfdən, hazırda koronavirus bəlası ilə mübarizə aparan İrana Azərbaycan bu günlərdə 5 milyon dollar maddi yardım göndərib. Buna görə bir dəfə də olsun təşəkkür etməyən bu cür mütəxəssis və saytlar yenə də öz Azərbaycan düşmənçiliyi xislətlərindən əl çəkmirlər.

 

Ə.A

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23