İranlı diplomatın saytı rəsmi Tehranın Azərbaycana qarşı ittihamlarını əsassız saydı-ETİRAF

2021-04-02 11:20

​​​​​​​İran xarici işlər nazirinin keçmiş müavininin rəsmi saytında dərc edilən araşdırma məqaləsində Azərbaycanla bağlı maraqlı məqamlar yer alıb. 

Gunaz.tv Quote | Gunaz article

Yazıda Dağlıq Qarabağın azadlığı uğrunda aparılan döyüşdə Azərbaycan tərəfinin muzdlu döyüşçülərin xidmətindən istifadə etməsi ilə bağlı ittihamların əsassız olduğu bildirilir. 

17 müxtəlif səbəbə görə 44 günlük müharibədə Azərbaycan tərəfinin başqa xarici silahlı birləşmələrin yardımından istifadə etməyə ehtiyacının olmadığı vurğulanır. 

"Üstün durumda olan Azərbaycan ordusunun muzdlu silahlıların xidmətindən istifadə etməsi barədə deyilənlər reallığa uyğun deyil"-məqalə müəllifi yazır.

Qafqaz məsələləri üzrə mütəxəssis və məqalənin müəllifi Əlirza Əlizadə daha sonra yazır: “Rusiya qüvvələri müharibədən dərhal sonra sülhməramlı qismində Qarabağ bölgəsində  yerləşib. Lakin bu günə kimi muzdluların hərbi əməliyyatlarda iştirakı ilə bağlı hər hansı bir fakt ortaya qoya bilməyib".

Məqalə müəllifi hesab edir ki, bu, sadəcə Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətini pərdələmək, Türkiyənin Azərbaycana verdiyi dəstəyi qeyri-qanuni göstərmək üçün geniş miqyaslı bir psixoloji əməliyyatdır: “Eyni zamanda bu Ermənistanın Azərbaycan Respublikasına təzyiq göstərərək güzəştlər əldə etməsi üçün bir vasitədir".

Əlirza Əlizadə Suriya, Livan, İraq, Türkiyə və hətta Avropadan yüzlərlə muzdlu və PKK silahlılarının Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdüyünü vurğulayır. 

“Azərbaycanın muzdluların xidmətindən istifadə etməsi barədə deyilənlər Ermənistanın yalan üzərində qurulmuş təbliğat müharibəsinin tərkib hissəsidir. Bunu öz əməllərini gizlətmək məqsədi ilə həyata keçirirlər”,-deyə məqalə müəllifi yazır.

Əlizadə Azərbaycana qarşı bu iddianı qaldıranların müharibə bitdikdən sonra mövqelərindən geri çəkildiklərini, öncəki bəyanatlarını təkzib etdiklərini yazır. O,  Azərbaycan prezidentinin mətbuat konfransında iranlı jurnalistin bu iddialarla bağlı sual verməsini də yersiz adlandırır.

Qeyd edək ki, Azərbaycan Respublikasının muzdluların xidmətindən istifadə etməsi ilə bağlı iddialar İran prezidenti, xarici işlər naziri və hökumətin yüksək rütbəli diplomatları tərəfindən səsləndirilmişdi. 


İndiki dönəmdə İran diplomatiyasında etibarlı qaynaqlardan hesab edilən “Diplomasiye İrani” saytında bu məqalənin dərc edilməsi İran hökumətinin iddialarına heç bir fakt tapmadığını və mövqeyindən geri çəkildiyini göstərir.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Beynəlxalq yarışda xəsarət alan zənganlı idmançı mübarizəni dayandırdı

2021-04-22

gun az article

Muğanda "yaşıl soyqırım": Hektarlarla meşə sahəsi yox edilir-VİDEO

2021-04-22

gun az article

Təbrizli əczaçılar etiraz aksiyası keçirib

2021-04-22

gun az article

Urmuda avtobus qəzası: 18 nəfər xəsarət alıb

2021-04-22

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisinin işdən çıxarılması təsdiqləndi-FOTOLAR

2021-04-22

gun az article

Zənganda antik əşya əməliyyatı: Qaçaqmalçı ələ keçdi

2021-04-22

gun az article

"Ana dili məhbusları" Həmid Mənafi və Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-04-22

gun az article

Azərbaycan ordusuna dəstək aksiyasında iştirak edən ərdəbilli fəallar məhkəməyə çağırılıb

2021-04-22

gun az article

GünazTV April.21.2021-Görüş: İran-Qərb müzakirələrdə Çin'in rolü, İran'da seçkilər və Güney Azərbaycan Hərəkatı

2021-04-22

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-04-21

gun az article

Edamların sayına görə İran dünyada birincidir-Beynəlxalq Əfv Təşkilatının HESABATI YAYILDI

2021-04-21

gun az article

Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisi işdən çıxarılıb?-İDDİA

2021-04-21

gun az article

İran hökuməti türk əyalətində kürd dilində hekayə festivalı keçirir

2021-04-21

gun az article

Milli fəal Kiyanuş Aslani məzuniyyətə buraxılıb

2021-04-21

gun az article

Güneyli yazıçının məhkəməsi olacaq-Mehdi Səlimiyə qarşı absurd ittihamlar irəli sürülüb

2021-04-21

gun az article

Marağada Yaxın Şərqin “fosil cənnəti" məhv edilir-FOTOLAR

2021-04-21

gun az article

"Sepah" Güney Azərbaycanda kampaniyaya başladı: Dini liderin yaxın çevrəsi seçici fəallığını artırmaq istəyir

2021-04-21

gun az article

GünazTV April.20.2021-Özümüz: Sulduz Soyqırımı

2021-04-20

gun az article

Urmu gölü 5 ilə quruya bilər-Bərpa Mərkəzinin məsulu xəbərdarlıq etdi

2021-04-20

gun az article

İrandan ermənilərə daha bir jest: "Güney və Quzey Azərbaycan Türkiyənin yanında olacaq"

2021-04-20