SON XƏBƏRLƏR

İranlı gənc Əli Xamneyi ilə görüşdə hökuməti tənqid edib- Video

2021.10.20, 07:36
İranlı gənc Əli Xamneyi ilə görüşdə hökuməti tənqid edib- Video

Gunaz.tv

GünAz TV: İranlı gənc "dini lider" Əli Xamneyi ilə görüşdə hökuməti kəskin tənqid edib.

 

İranın voleybol üzrə milli komandasının üzvlərini qəbul edən Xamneyi söz demək istəyən gəncə fikirlərini bildirməsi üçün icazə verib. Gənc hökuməti tənqid edərək diqqətə çatdırıb ki, istedadlı gənclər ölkəni edirlər və yerdə qalanlar da buna çalışırlar. Onların inkişafı üçün heç bir şərait yaradılmır. İqtisadi vəziyyətin ağırlığı və qohumluq əlaqələrinə əsaslanan idarəetmə forması xarici ölkələrdə keçirilən tədbirlərə qatılmaq imkanı vermir. Ölkədə baş verən haqsızlıq və ədalətsizlik gənclərin ümidsizliyə qapanmasına səbəb olub.

 

Gəncin fikirlərini diqqətlə dinləyən axund Xamneyi onun fikirləri ilə qismən razılaşmağın mümkün olduğunu deyib. Lakin o, ölkədəki bu qədər problemin, haqsızlığın və yarıtmaz siyasətin aradan qaldırılacağı ilə bağlı heç bir söz dilə gətirməyib.

 

Gəncin bu çıxışdan sonra təzyiqlərə məruz qalacağı ehtimal edilir. İranda hökuməti, eləcə də ölkədə mövcud olan ağır şərait, haqsızlıq və yarıtmaz idarəetməni tənqid edənlər müxtəlif sifarişli və siyasi ittihamlarla həbs edilir, işgəncələrə məruz qalırlar.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar