İranlı idmançı Nəvid Əfkari edam olunub

2020-09-12 12:51

İranda etiraz aksiyasında iştirak etdiyi üçün tutulan idmançı Nəvid Əfkari bu gün səhər edam edilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə onun ailəsinin vəkili Həsən Yunisi məlumat yayıb. Vəkil bu barədə ona Əfkarinin ailə üzvlərinin məlumat verdiyini bildirib. 


Onun sözlərinə görə, Şiraz şəhərinin xeyriyyəçiləri Nəvid Əfkarinin etirazlar zamanı öldürməkdə ittiham edildiyi təhlükəsizlik orqanının əməkdaşının evinə gedib, onlarla barışıq əldə etməyi planlaşdırıbmışlar.

 

İranlı etirazçıların anası: "Övladlarımı bir-birlərinə qarşı yalan ifadə verməyə görə işgəncəyə məruz qoyublar"


Faktı təsdiqləyən Fars əyalətinin Ədliyyə İdarəsinin rəsmiləri iddia ediblər ki, edam hökmü qətlə yetirilmiş şəxsin ailəsinin davamlı israrı ilə tez icra edilib. 


Xatırladaq ki, Nəvid Əfkari 2018-ci ildə İranın Şiraz şəhərində keçirilmiş etiraz aksiyalarında təhlükəsizlik orqanı əməkdaşını qətlə yetirməkdə ittiham edilərək, 2 dəfə edam, 6 il yarım həbs və 74 şallaq zərbəsi cəzası almışdı. O özü, eləcə də İran daxilində və xaricində fəaliyyət göstərən insan haqları fəalları ittihamları rədd edirdilər. Onlar bildirirlər ki, istintaq dövründə Nəvid Əfkari cinayəti boynuna almaq üçün ağır işgəncələrə məruz qaldığından, işə yenidən baxılmalıdır. 

 

Daha çox baxın: 

Tramp iranlı rəsmilərdən Nəvid Əfkarini edam etməməyi tələb edib

Almaniyanın idman cəmiyyəti Nəvid Əfkariyə qarşı çıxarılmış edam hökmünə etiraz edib


Nəvidin qardaşlarından birinə 54, digərinə qarşı isə 27 il həbs və şallaq cəzaları hökmləri çıxarılıb. 


Digər tərəfdən, Nəvidin edam hökmünün ləğv edilməsi üçün Amerika Prezidenti Donald Tramp başda olmaqla, bir çox dünya ölkələri liderləri, sosial şəbəkə istifadəçiləri və xarici ölkələrin idman cəmiyyətləri İran hökumətinə müraciət etmişdi. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

2021-08-03

gun az article

"Diriliş Ertuğrul"un aktyoru infarktdan dünyasını dəyişdi

2021-08-03

gun az article

Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib

2021-08-03

gun az article

Qırğızıstanın keçmiş Baş naziri saxlanıldı

2021-08-03

gun az article

Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə dəstək

2021-08-03

gun az article

Bakının yekun Baş Planı bu ayın sonunda Nazirlər Kabinetinə göndəriləcək

2021-08-03

gun az article

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

2021-08-03

gun az article

Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb

2021-08-03

gun az article

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord

2021-08-03

gun az article

Mazandaran əyalətində 3 bəhai kəndli ailəsinin evləri dağıdılıb - VİDEO

2021-08-03

gun az article

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

2021-08-03

gun az article

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib

2021-08-03

gun az article

Sabiq deputat Eldəniz Səlimov saxlanılıb

2021-08-03

gun az article

İsraildən Avropa Birliyinə çağırış: ""Tehran qəssabı"nın andiçmə mərasiminə qatılmayın"

2021-08-03

gun az article

Xamneyi yeni "seçilmiş" prezident İbrahim Rəisinin səlahiyyətlərini təsdiq etdi

2021-08-03

gun az article

Azərbaycanda polisi döyən deputatın səlahiyyətlərinə xitam verildi

2021-08-03

gun az article

Blinken: “İranın İsrail gəmisinə qarşı hücumuna koordinasiyalı şəkildə ortaq cavab verəcəyik”

2021-08-03

gun az article

Azərbaycanda benzin bahalaşdı

2021-08-03

gun az article

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

2021-08-03

gun az article

Boris Conson: “İran İsrail gəmisinə etdiyi dəhşətli hücumun nəticələri ilə üzləşməlidir”

2021-08-03