SON XƏBƏRLƏR

İranlı rəsmi: "Koronavirusa yoluxduğunu gizlədənləri 1 il həbs gözləyir"

2021.10.20, 07:36
İranlı rəsmi: "Koronavirusa yoluxduğunu gizlədənləri 1 il həbs gözləyir"

Gunaz.tv

GünAz TV: İran Məhkəmə Sisteminin təhlükəsizlik və hüquq mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Rza Məsudifər koronavirusa yoluxduğunu gizlədən şəxsləri 1 il həbs cəzasının gözlədiyini deyib.

 

O bildirib ki, ölkə qanunlarına əsasən, koronavirusa yoluxduğu halda xəstəxanalara müraciət etməyən və ya evdə özünü karantinə almayan şəxslərin addımı cəmiyyətin sağlamlığına qarşı addım kimi qiymətləndirilir.

 

Rza Məsudifər epidemiyanın yayılmasının qarşısının alınması üçün tövsiyə edilmiş proflaktik tədbirlərə əməl etməyənlərin də qanunla nəzərdə tutulmuş formada cəzalandırılacağını qeyd edib.

 

Rəsmi sonda sərgi və ticarət festivalları təşkilatçıları, həmçinin ticarət mərkəzi rəhbərlərini xəstəliyin yayılmasının qarşısının alınması üçün göstərilən bütün tövsiyələrə əməl etməyə çağırıb.

 

Qeyd etmək lazımdır ki, son günlər ərzində iranlı bəzi rəsmilər cəmiyyətin bir qrupunun koronavirusun yayılmasının qarşısının alınması üçün edilən gigiyenik tövsiyələrə əməl etmədiyini deyirlər.

 

Digər tərəfdən, bir neçə ölkədə də koronavirusa yoluxduğunu gizlədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarlar qəbul edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar