Məsullar problemin həll olunmasına çalışmaq yerinə bu haqda məlumat yayan mətbuatı hədəf alıblar.
Gunaz.tv
Ölkənin bir çox şəhərlərində, o cümlədən Azərbaycan şəhərləri Qəzvin, Həmədan, Urmu, Təbriz və Zəncanda əhalinin maye yağ növbələrində gözləməsi barədə çoxsaylı xəbər və videolar yayınlanıb.
Uzunluğu yüzlərlə metrə çatan növbələrdə vətəndaşlar məcburi olaraq karantin qaydalarını və ictimai məsafəni gözləmədiyi üçün koronovirusun yayılması davam edir.
Bu növbələr və maye yağ qıtlığı bir sıra yaradıcı insanların. Sənətçilərində yeni əsərlərində, karikaturalarında maraqlı formada əks olunub.
Təbrizli karikaturaçı xanım Elnaz Xakzadın ”yağ atlı olub biz piyada” karikaturası sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub və karikatura geniş yayılıb.
Yeli Azərbaycan mətbuatının məsələyə diqqət yetirməsi və məsullara ünvanladığı suallar rəsmilərin maraqlı reaksiyası ilə qarşılanıb.
Ötən gün S.Əli Xamnei və Həsən Ruhani yenidən xalqı “dözümlü olmağa” və “müqavimət göstərməyə” çağırıblar.
Qərbi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəisi isə ona ünvanlanan suala cavab verməkdən yayınaraq, maye yağö qıtlığı ilə yayılan video və xəbərləri “mətbuatın şeytanlığı” adlandırıb.
C.E