İranlı rəsmi: “Nətənz nüvə təsisatında törədilən təxribatın amilləri müəyyən edilib”

2020-09-06 19:48

İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi sentyabrın 6-da mediaya açıqlamasında iki ay əvvəl Nətənz nüvə təsisatında baş verən yanğın və partlayışların səbəbi ilə bağlı aparılan araşdırmaların son nəticəsindən danışıb.

Gunaz.tv Quote | Gunaz article


O deyib ki, uranın zənginləşdirilməsi fəaliyyəti ilə məşğul olan Nətənz nüvə təsisatına qarşı təxribatın necə və kimlər tərəfindən törədilməsi artıq aşarlanıb: “Təhlükəsizlik qurumlarımız bu təxribatın arxasında kimlərin olduğunu müəyyən ediblər. Hazırda isə bununla bağlı araşdırmalar davam edir.


Bizim sənaye mərkəzlərimizə qarşı indiyə qədər çoxlu təxribatlar törədilib. Biz isə dəfələrlə həmin mərkəzlərə qarşı edilən kiber hücumların qarşısını almışıq. Bizdə olan məlumata görə, təlükəsizlik qurumlar Nətənz təsisatında törədilən təxribat amillərini müəyyən ediblər, lakin bununla bağlı araşdırmalar davam etdiyinə görə biz bu məsələnin detallarını hələlik açıqlaya bilməyəcəyik” –deyə, İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.


Xatırladaq ki, iyulun 2-si sübh saatlarında İranın İsfahan şəhərinin yaxınlığında yerləşən Nətənz nüvə təsisatında bir neçə partlayışın ardınca yanğın baş verib. İran ilk gündən faktı təsdiqləsə də, təsisata ciddi zərər dəymədiyini və hadisənin səbəblərinin araşdırmalar başa çatandan sonra açıqlanacağını bildirmişdi. 


Bəzi mütəxəssislər partlayışın kiber hücum nəticəsində baş verdiyini bildirsələr də, bəzi mənbələr Nətənz təsisatına qarşı hücumun İsrail tərəfindən gerçəkləşdirildiyi barədə fikir irəli sürürlər.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Ermənistanın xeyrinə saxta xəbərlər yayır

2020-10-21

gun az article

İranda daha 312 nəfər koronavirusdan vəfat edib, 5616 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb

2020-10-21

gun az article

Kelly Craft: “İran Orta Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdiddir”

2020-10-21

gun az article

İsrail Suriyada İran yaraqlılarının mövqelərini bombardman edib

2020-10-21

gun az article

Daha 2 erməni polkovnik məhv edildi

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir

2020-10-21

gun az article

Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilib

2020-10-21

gun az article

İran rəsmisi: “Koronavirusdan ölənlərin gerçək statistikası rəsmi tribunalardan elan edilən rəqəmlərdən ikiqat yarımdan çoxdur”

2020-10-20

gun az article

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

2020-10-20

gun az article

İranda daha 322 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 31 000 nəfəri ötüb

2020-10-20

gun az article

Amerika İran Gəmiçilik Şirkəti ilə əməkdaşlıq edən 6 Çin şirkətinə qarşı sanksiya qoyub

2020-10-20

gun az article

İranın Əlbürz əyalətində daha 27 nəfər koronavirusdan vəfat edib

2020-10-20

gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19