İranlı rəsmidən xəbərdarlıq: "Tehranda Beyrut partlayışından da dəhşətli faciə yaşana bilər"

2020-08-06 15:13

Tehran Şəhər Şurasının üzvü Məcid Fərahani paytaxtda Beyrut partlayışından da dəhşətli faciənin yaşanma ehtimalı ilə bağlı xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

Onun sözlərinə görə, Tehranın şimal qərbində yerləşən Şəhran məhəlləsində mövcud olan neft anbarı potensial olaraq saat bombası kimidir və hər an partlayaraq, Beyrut partlayışından da böyük faciəyə səbəb ola bilər. 


Tehran Şəhər Şurasının Büdcə Komitəsinin rəhbəri olan Məcid Fərahani qeyd edib ki, yaşayış zonasında iri həcmli çənlərin yerləşdiyi belə deponun mövcud olması böyük təhlükədir. 


Rəsmi ərazinin tektonik bölgədə yerləşməsini anbarın yaratdığı əsas təhlükələrdən biri adlandırıb. 


"Bundan başqa, gün ərzində anbarın böyük çənlərindən təqribən 300 tanker yüklənir. Həmin tankerlər şoseyə çıxmaq üçün əhalinin yaşadığı küçələrdən istifadə etməlidilər. Hansı ki, bu küçələr kəskin yoxuşlara sahibdir. Bu isə o deməkdir ki, Şəhran qəsəbəsində hər gün 300 tankerin aşaraq faciəyə səbəb olma təhlükəsi yaşanır", - deyə Məcid Fərahani  əlavə edib. 


O, sonda əlavə edib ki, neft-kimya müəssisələrinin, habelə neft anbarlarının yaşayış zonalarından çıxarılması artıq lokal yox, milli tələbə çevrilib. 


Qeyd etmək lazımdır ki, sözügedən depo 1974-cü ildə tikilib. Həmin dövrlər anbarın ətrafı çöllük olsa da, Tehranın böyüməsi ilə onun ətrafında yaşayış evləri tikilib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18

gun az article

Kirman əyalətində koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-09-18

gun az article

Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

2020-09-18

gun az article

İran Televiziyasında etiraf: "Əhalinin 70 faizi məcburi hicaba qarşıdır"

2020-09-18

gun az article

Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18

gun az article

İranda daha 144 nəfər koronavirusdan ölüb, 3049 nəfər “Covid-19”a yoluxub

2020-09-18

gun az article

Əlbürz əyalətində daha 10 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 1057 nəfərə çatıb

2020-09-18

gun az article

Hərirçi: "Bütün ölkə qırmızı vəziyyətdədir"

2020-09-18

gun az article

İranın Hormozqan əyalətində koronavirusa yoluxanların sayı 748 nəfərə çatıb

2020-09-18

gun az article

GünazTV Sep.17.2020: ABŞ-da Zərif-in qatılacağı virtual konfransa qarşı tənqidlər

2020-09-17

gun az article

GünazTV Sep.17.2020: “Amerika Prezidentindən vaksinlə bağlı vacib açıqlama.Peyvənd qapıdadır”

2020-09-17

gun az article

ÜST Avropada koronavirusla bağlı vəziyyətin ağırlaşdığını bildirib

2020-09-17

gun az article

Qum əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib

2020-09-17