SON XƏBƏRLƏR

İranlı rəsmilər ölkə vətəndaşlarını aldatmağa çalışırlar

2021.10.20, 07:36
İranlı rəsmilər ölkə vətəndaşlarını aldatmağa çalışırlar

Gunaz.tv

GünAz TV: İranlı general Qasım Süleymaninin İraqda öldürməsinə  cavab olaraq, İran raketlərinin Amerika Birləşmiş Ştatlarının İraqdakı hərbi bazasına hücumundan sonra amerikalı əsgərlər arasında itkinin olub-olmaması yenə də gündəmə gəlib. İran rəsmiləri bu xəbər ətrafında spekulasiya edərək, ölkə vətəndaşlarını aldatmağa calışır.

 

İran  rəhbərliyi ilk andan bazaya hücum zamanı can itkisi olduğunu iddia edirdi. Amma rəsmi Vaşinqton əvvəldən bunu təkzib edirdi. Hçc bir əsgərin burunu belə qanamayıb xəbəri gəlirdi. Bir neçə müddət sonra isə, 11 hərbcinin beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi  acıqlandı.

 

Bu xəbərdən istifadə edən İran rəsmiləri isə  vətəndaşlarını yenidən aldatmağa calışır. İran mətbuatı Amerikalı əsgərlərə ciddi zərər vurduqlarına dair məlumatlar dərc edir. Əslində nə baş verib?! Bu xəbərə Pentaqon geniş aydınlıq  gətirdi. Pentaqon sözçüsü Jonatan Rath Hoffman İranın hücumu zamanı 34 əsgərinin zərər gördüyünü, onlardan 8-nin Amerikaya göndərildiyini dedi. Diaqnoz isə beyin  silkələnməsidir.

 

"Amerika rəsmiləri qanunla belə tipli məlumatı heç bir halda mətbuatdan gizlətmirlər. Pentaqon xəbərin ictimayyətə gec catdırılmasına belə aydınlıq gətirib. Bizim belə bir planımız olmayıb. Amerika ordusu həyati təhlükəsi olan ciddi xəsarətləri bildirmək məcburiyyətindədir. Amma beyin travması kimi diaqnozlar sonradan qoyulur. Əsgərlərin səhhətindəki dəyişiklik sonradan hiss edilib",- deyə Jonatan Rath Hoffman əlavə edib.

 

Prezident Donald Tramp da gecikmiş məlumata belə reaksiya verib:

 

"Mənə bir necə gün sonra dedilər. Baş ağrıları olduğunu eşitdim, lakin ciddi bir şey olmadığını deyə bilərəm. İndiyədək gördüyüm digər yaralıların cox ciddi problemləri olurdu. Əl və ayaqları olmayanları görmüşəm.”  

 

Qənirə Ataş, Günaz TV-nin Vaşinqton bürosu.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar