SON XƏBƏRLƏR

İranlı ruhani ölkədəki sistemin bölgəyə ixrac olunduğunu iddia edib

2021.10.20, 07:36
İranlı ruhani ölkədəki sistemin bölgəyə ixrac olunduğunu iddia edib

Gunaz.tv

GünAz TV: İyulun (July) 1-də Tehran cümə namazına rəhbərlik edən Kazım Sədiqi bölgədəki hadisələrdən danışaraq Qərbə qarşı sərt bəyanatlar səsləndirib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, ərəb ölkələrində baş verən hadisələrin Avropa və Amerikaya təsir göstərdiyini deyən Kazım Sədiqi bildirib ki, beynəlxalq oyanış dalğası tezliklə bütün dünyanı bürüyəcək: “Həzrət Məhəmmədin peyğəmbərliyə təyin edilməsi hakim istibdada, cəhalətə, zülmə və fəsada qarşı bir üsyanın başlanğıcı idi. İslam peyğəmbəri əxlaq sayəsində zülmkarlara qarşı vəhdət və birlik məsələsini ortaya qoyub ədalətə söykənən elə bir hakimiyyət qurdu ki, həmin hakimiyyət İran üçün nümunə oldu. İrandakı islam sistemi peyğəmbərin qaldırdığı həmin bayraq altında zəmanənin zülmkarlarına qarşı mübarizə apardı və Amerikanın bölgədəki buynuzunu qırdı. İran islam və peyğəmbər ənənəsinə əsaslanaraq elə bir sistem qurdu ki, bu sistem indiyə qədər bölgəyə ixrac olunur və Avropa ilə Amerikanı da təsir dairəsinə alıb”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar