SON XƏBƏRLƏR

İraq ABŞ və İran arasında mümkün müharibədə rol oynamayacaq - ekspertlər

2021.10.20, 07:36
İraq ABŞ və İran arasında mümkün müharibədə rol oynamayacaq - ekspertlər

Gunaz.tv
İraq ABŞ və İran arasında mümkün müharibədə rol oynamayacaq - ekspertlər _bagdad_280208.jpg Azərbaycan, Bakı, 11 iyun/ Trend News , müxbir E.Tariverdiyeva, R.Hafizoğlu, U.Sadıqova/ Hazırda İraq İrana qarşı mümkün müharibədə vasitəçi kimi çıxış etməyə deyil, onunla münasibətləri qaydasına salmağa çalışır. İraqlı politoloqlar hesab edirlər ki, İraqın bu qarşıdurmada iştirakına dair istənilən bəyanatlar əsassızdır. «İrana qarşı hərbi məqsədlərlə İraq ərazilərindən istifadə mümkün deyil», - iraqlı politoloq Salih Kaabi Trend News -a bildirib. İraqın Baş naziri Nuri əl-Maliki ötən həftə İrana rəsmi səfəri zamanı bəyan edib ki, İraq zərbə endirilməsi üçün döyüş meydanı və İranın sabitliyinə təhlükə olmayacaq. Bu barədə Aljazeera telekanalı məlumat yayıb. «Al-Jazeera» məlumat verib ki, İraq XİN mətbuat katibi Əli Dabbağın bəyanatına görə, İraq Baş nazirinin İrana səfəri iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün strateji komissiyanın yaradılması mühüm rol oynayacaq. «Hazırda İraqın siyasi destabilləşdirilməsinə baxmayaraq, o, suveren dövlət olaraq qalmaqdadır. ABŞ-ın koalisiya ordularının İraqda olmasının əsas məqsədi İrana hücüm etmək deyil, ölkədəki daxili münaqişəni tənzimləməkdir», - deyə Kaabi Baqdadan çərşənbə günü Trend News -a bildirib. Kaabinin rəyinə görə, hazırda ABŞ İraqda siyasi vəziyyəti stabilləşdirməyə çalışır. Onun sözlərinə əsasən, Tehran bilir ki, Ştatlar İrana qarşı müharıbədə İraq ərazilərindən istifadə etmək üçün bütün diplomatik kanalların səylərinə əl atacaq. İraq politoliqunun fikrinə görə, bu səylər heç bir nəticə verməyəcək. Kaabinin rəyinə görə, iki ölkə arasında oxşarlıqlar çoxdur - tarixi ənənələr, dini etiqadlar və s. «, İraq, öz növbəsində, qonşu ölkələrlə əlaqələrini yaxşılaşdırmağa can atır. Məhz buna görə İraq hökuməti öz ərazilərini əməliyyat meydanı kimi istifadəsinə imkan verməyəcək», - deyə Kaabi bildirib. Yaxın Şərq üzrə Avropalı ekspert Robert Lov (Robert Lowe) hesab edir ki, İrana hücum üçün ABŞ İraqda və Fars körfəzində bazalarını və iri hərbi hissələrini istifadə edə bilər. «Lakin ABŞ onların köməyi ilə İrana doğrudan da hücüm edərsə, bu, İraq höküməti üçün utandırıcı hal olardı, belə ki İraq və İran arasında tam həcmdə diplomatik əlaqələr mövcuddur. İki ölkə arasında sıx əlaqələr bir çox istiqamətlərdə və ilk növbədə inkişaf etdirilir, nəhayət,bu əlaqələr, Iraq və İranın bir çox liderlərilə olduğu kimi, şəxsi səviyyədə deyil», - deyə Yaxın Şərq üzrə Analitik Mərkəz proqramının rəhbəri Chatham House (London) çərşənbə günü elektron poçt ilə Trend News -a bildirib. Ekspertin sözlərinə görə, İraq ərazilərinin istifadəsi ilə ABŞ-ın İrana hücumu İraq hökumətinin müstəqilliyinə ciddi zərbə olardı. Maliki hökumətinin etirazlarının ABŞ-ın İrana qarşı siyasətinə ciddi təsir göstərəcəyi şübhə doğurur, ən azından, hazırda ABŞ əl-Malikə dəstək göstərir və öz mövqelərini qoruyur. Lov hesab edir ki, bu siyasət daha dərin tarixi xarakter daşıyır. Digər İraq politoloqu Saleh Bəhramın fikrincə, ABŞ İraq ərazisini İrana hücüm üçün istifadə etməyəcək. «İraq ərazilərinin İrana hücüm etmək üçün istifadəsi münaqişənin miqyasını artıra bilər», - deyə Bəhram Bağdaddan elektron poçt ilə Trend News-a bildirib. Politoloq ABŞ-ın İraq ərazilərini İrana qarşı mümkün ola bilən müharibəsində istifadəsinə dair Tehranın narahatlığı əsassız hesab edir. «Bağdad Səddam Hüseyn rejimi zamanı bu ölkələr arasında pozulmuş əlaqələri yaxşılaşdırmağa cəhd göstərir. Ölkə daxilində bütün problemlərə baxmayaraq, İraq müstəqil siyasət aparır», - deyə Saleh qeyd edib. Bəhram hesab edir ki, İranla yeni müharibənin başlanması ABŞ və onların müttəfiqlərinə baha başa gələ bilər. Ötən əsrin 80-ci illərində İran və İraq arasında səkkiz illik müharibə milyondan artıq insanın ölümünə səbəb oldu. ABŞ-ın İraqa daxil olması və Səddam Hüseyn rejminin süqutundan sonra iki ölkə arasında əlaqələr yaxşılaşdı və İraqda İranın təsiri əhəmiyyətli dərəcədə artdı. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar