SON XƏBƏRLƏR

İraq bankı: “Amerika möhlət verməsə, İrana qaz pulunun ödənməsi prosesini dayandıracağıq”

2021.10.20, 07:36
İraq bankı: “Amerika möhlət verməsə, İrana qaz pulunun ödənməsi prosesini dayandıracağıq”

Gunaz.tv

GünAz TV: İraqın Ticarət Bankı bildirib ki, Amerika Birləşmiş Ştatları rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyalar çərçivəsində onlara tanıdığı möhlət hüququnu gələn ay uzatmasa, İrana qaz və elektrik alışına görə pul köçürülməsi prosesini dayandıracaq.

 

Bankın rəhbərliyi bu xüsusda “France Press” agentliyinə bildirib ki, onlar bütün məsələlərdə beynəlxalq qanunlara riayət edirlər.

 

“Bu səbəbdəndir ki, xalq bizə etimad edir. Əgər Amerika möhlət hüququnu gələn ay uzatmasa, biz İranla pul köçürülməsi prosesini dayandıracağıq. Bu qədər sadə”,- deyə Bank rəhbərliyinin açıqlamasında vurğulanır.

 

Qeyd etmək lazımdır ki, sözügedən bank ABŞ-ın İraqı İrandan qaz və elektrik idxalatına görə sanksiyalar paketində istisna ölkə kimi qəbul etməsindən sonra alınan enerji resurslarının vəsaitini rəsmi Tehrana köçürən yeganə maliyyə qurumudur.

 

ABŞ 15 ay ərzində rəsmi Bağdada İrandan qaz və elektrik idxalatına davam etmək üçün bir neçə dəfə möhlət hüququ tanıyıb. Son möhlət gələn ay başa çatır. Ticarət Bankı alınan enerji resursları üzrə İrana yalnız İraq dinarı əsasında pul ödəyir. Bank bu istiqamətdə hesab açıb və İran pulu nağd şəkildə əldə edə bilməz. İran bu pulla İraqdan yalnız humanitar məhsullar alaraq, ölkəyə idxal edə bilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar