SON XƏBƏRLƏR

İraq hökuməti: “İran qazının yerinə alternativ yollar axtarırıq”

2021.10.20, 07:36
İraq hökuməti: “İran qazının yerinə alternativ yollar axtarırıq”

Gunaz.tv

GünazTV: Son həftələr İranın İraqa ixrac etdiyi qazın həcminin kəskin azalmasının ardınca rəsmi Bağdad İran qazından imtina etmək qərarını bildirib.

 

Bu barədə İraqın Energetika Nazirliyi yanvarın 28-də bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, İraq İran qazının yerinə alternativ varianlar tapmaq niyyətindədir: “Biz artıq İran qazının yerinə alternativ yollar axtarırıq” –deyə, İraqın Energetika Nazirliyinin yaydığı bəyanatında bildirilir.

 

 Qeyd edək ki, rəsmi Tehranla Bağdad arasında imzalanmış müqaviləyə əsasən, İran hər gün İraqa 50 milyon kub metr qaz ixrac etməlidir. Lakin cari ildə İran hökuməti bu rəqəmin yalnız yarısını İraqa ixrac etmək iqtidarında olduğunu bildirsə də, əməldə bu ölkəyə ixrac etdiyi qazın həcmini hər gün 3 milyon kub metrə qədər azaltmaq məcburiyyətində qalıb. Bu isə İraqın qaza olan tələbatını təmin etmir.

 

İranın neft naziri Bijən Namdar Zəngənə

 

 Xatırladaq ki, ötən il İranın neft naziri Bijən Namdar Zəngənə jurnalistlərə açıqlamasında ölkəsinin İraqa satdığı elektrik və qazın pulunu ala bilməməsindən danışmışdı: “İraqın bizə 2 milyard dollar borcu var. Lakin Amerikanın tətbiq etdiyi sanksiyalara görə, İraq hökuməti bu pulu bizə ödəyə bilmir” –deyə, İranın neft naziri Bijən Namdar Zəngənə əlavə etmişdi.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar