SON XƏBƏRLƏR

İraq hökuməti İranla 5 sərhəd keçid məntəqəsini bağlayıb

2021.10.20, 07:36
 İraq hökuməti İranla 5 sərhəd keçid məntəqəsini bağlayıb

Gunaz.tv

GünazTV: İraq hökuməti İranla 5 sərhəd-keçid məntəqəsini bağlayıb.

 

 Bu barədə İranın “İsna” agentliyi martın 8-də İraqın “Alsumaria News” saytının yaydığı xəbərə istinadən məlumat yayıb.

 

 Məlumatda bildirilir ki, İraq Sərhəd Keçid-Məntəqələri Heyəti dünən bəyanat yayaraq, İraqla İran arasında olan “Şələmçə”, “Şib”, “Zərbatiyə”, “Mənzəriyə” və “Məndəli” sərhəd-keçid məntəqələrinin bağlanmasından xəbər verib.

 

 İraq hökuməti bildirib ki, İranda koronavirusun yayılmasının qarşısını almaq üçün həmin məntəqələr martın 8-dən başlayaraq bir həftə müddətinə (martın 15-ə qədər) bağlı olacaq və həmin müddətdə iki ölkə arasındakı bütün gediş-gəlişələr dayandırılacaq.

 

 İraq Sərhəd Keçid-Məntəqələri Heyəti-nin yaydığı bəyanatda həmçinin bildirilir ki, İrana səfər etmiş İraq vətəndaşlarının sözügedən 5 məntəqədən ölkəyə girişinə qadağa qoyulub və iraqlılar yalnız Bağdad və ya Bəsrə hava limanından ölkəyə  buraxılacaqlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar