SON XƏBƏRLƏR

İraq İranla neft yataqlarının işlənməsi ilə bağlı razılığa gələ bilməyib

2021.10.20, 07:36
İraq İranla neft yataqlarının işlənməsi ilə bağlı razılığa gələ bilməyib

Gunaz.tv

GünAz TV: Dünən (10 yanvar-red.) öz iranlı həmkarı Bijən Namdar Zenganə ilə birgə mətbuat konfransı keçirən İraqın Neft naziri Samir Ğəzban bildirib ki, iki ölkə sərhədyanı bölgələrdə yerləşən neft yataqlarının işlənməsi ilə bağlı razılığa gələ bilməyib.

 

Onun sözlərinə görə, Amerikanın sanksiyalarına rəğmən, iki ölkə arasında İraqın 2 neft yatağında kəşfiyyat işlərinin aparılması ilə bağlı müqavilə hələ də qüvvədədir və işlər davam edir: “İraq İranla neft yataqlarında kəşfiyyat işləri ilə bağlı imzalanmış müqavilələrə sadiqdir və bu layihələr davam edəcək.”- deyə İraqın Neft naziri deyib.

 

Qeyd edək ki, kəşfiyyat işləri yatağın seysmoloji tərəflərini, eləcə də onun xüsusiyyətləri və təbii ehtiyatlarını araşdırmaq üçün quyuların qazılması kimi işləri ehtiva edən əməliyyat kompleksidir və yatağın işlənməsi ilə heç bir əlaqəsi yoxdur.

 

Xatırladaq ki, İranın Neft naziri dünən İraqa rəsmi səfərə getmişdi. Onun bu səfəri Amerika Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun İraqa səfərindən bir gün sonraya təsadüf edirdi.  Pompeo iraqlı rəsmilərlə görüşdə bildirmişdi: “İranla mübarizə real və mühüm məsələdir”. Pompeo region ölkələrinə sıx səfərlər etməyə başlayıb. ABŞ Dövlət Departamentinin rəsmi bəyanatına əsasən, bu səfərlərin məqsədi “İranla mübarizə və bu ölkəyə qarşı təzyiqlərin artırılması”dır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar